İqtisadiyyat (26-01-2016, 23:16)
“10 faizlik maaş artımı devalvasiyaya adekvat deyil” - EKSPERT
Son günlər hökumət sosial müavinətlərin, pensiya və təqaüdlərin, dövlət sektorunda çalışanların əmək haqlarının 10 faiz artırılmasına qərar verdi.
Mediatv.az xəbər verir ki, Bazarlardakı bahalaşmanın, manatın devalvasiyasının 70-80 faiz civarında ölçüldüyü bir vaxtda 10 faizlik artım sosial şəbəkələrdə müzakirə olundu və birmənalı qarşılanmadı.
İqtisadçı ekspert Rəşad Həsənov musavat.com-a açıqlamasında hökumətin bu addımını izah edib:“Əhalinin bir qismi əmək haqlarının və sosial müavinətlərin 10 faiz artmasından narazıdırlar və bu haqlı narazılıqdır. Hazırda devalvasiyadan sonra hökumət ölkədə qiymət artımlarının mümkün qədər aşağı səviyyədə olmasına çalışır, amma buna baxmayaraq zaman keçdikcə qiymətlərin sürətli artımı müşahidə olunacaq. İlkin dövrlərdə inzibati təzyiqlər daha çox olur. Bu səbəbdən hələ ki, qiymətlər nəzərdə tutulduğu qədər artmayıb. Növbəti aylarda da biz qiymətlərin artımını müşahidə edəcəyik. Çünki, daxili istehsal idxaldan asılı vəziyyətdədir. Əmək haqları və pensiyaların 10 faizlik artımı isə sosial zərərin qarşılanması üçün yetərli deyil. İnflyasiya səviyyəsi təxminən 25-30 faiz arasında olacaq və 10 faizlik artımlar bunun qarşısında kifayət qədər aşağı göstəricilərdir.
Lakin bunun səbəbi odur ki, dövlətin gəlirlərinin azalması səbəbindən və böhran səbəbindən büdcənin icrası ilə bağlı müəyyən risklər mövcuddur. Hökumət isə büdcə gəlirini mümkün qədər aşağı səviyyədə saxlamağa cəhd göstərir”.
Rəşad Həsənovun sözlərinə görə, hökumətin yanaşması ondan ibarətdir ki, əgər sosial xərclər böyük həcmdə artırılarsa, bu, son nəticədə inflyasiyanı tətikləyən bir amilə çevrilər: “Bu səbəbdən həm inflyasiya göstəricisini müəyyən qədər nəzarətdə saxlamaq, həm də digər dövrlərdə bazarda manat kütləsinin həcminin sürətli artmamasını önləmək, büdcənin kəsir hissəsinin qarşısını almaq məqsədilə hökumət cüzi artımlarla bu prosesi yola vermək istəyir. Daha yaxşı olar ki, Maliyyə Nazirliyinin də qeyd etdiyi kimi vacib olmayan istiqamətlərdən xərclər alınaraq sosial sahəyə yönəldilsin. Beləliklə də böhranın təsirləri vətəndaşların üzərindən müəyyən qədər götürülsün. Əks halda bu proses qiymətlərin artması fonunda tələbatın, alıcılığın azalmasına gətirib çıxaracaq”.
Ekspert vurğuladı ki, hökumət sosial proqramları icra edərkən bəzi nüansları nəzərə almalıdır: “Hökumət bilərəkdən alıcılığı məhdudlaşdırırsa, bu, o deməkdir ki, qeyri-neft sektoru iqtisadiyyatı da növbəti dövrdə zəifləyəcək. Artıq bu proses başlayıb. Nəticədə bu sahədən dövlət büdcəsinə daxilolmalar, vergilər azalacaq, iş yerləri ixtisara düşəcək və bunun nəticəsində hökumət üçün əlavə yük formalaşacaq. Bütün bunları nəzərə alaraq, kompleks yanaşma ortaya qoymaq lazımdır. Hazırki böhran dövründə sosial xərclərin artırılması təbii ki, çətindir. Lakin hökumət çalışmalıdır ki, böhran yükünün ağırlığı əhalinin üstünə düşməsin. Mümkün qədər bu istiqamətdə loyal davranış sərgiləməlidir”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024