Neftin qiyməti hələ minimum həddə enməyib, fəqət Rusiya iqtisadiyyatı, şok yaşadıqdan və yeni şərtlərə uyğunlaşdıqdan sonra orta müddətli perspektivdə yenidən yüksəlişə başlayacaq.
Mediatv.az saytı İnterfaksa istinadla bildirir ki, bunu Rusiya Federasiyasının keçmiş maliyyə naziri Aleksey Kudrin deyib.
“Bu, 1 barrelə görə 18 dollar da, 16 dollar da ola bilər. Lakin bu, uzun müddət davam etməyəcək, sonradan qiymət yenidən artmağa başlayacaq”, - Davos iqtisadi forumu çərçivəsində “VTB Kapital”ın işgüzar səhər yeməyində çıxışı zamanı Kudrin belə deyib.