Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat / Slayd (23-01-2016, 21:39)
Azərsu-da Köçərli Həsənov problemi-ÖZƏL

Azərsu-da Köçərli Həsənov problemi-ÖZƏL 

 

Son 8 ildə respublikamızda Asiya İnkişaf Bankının, Dünya Bankının dəstəyi ilə həyata keçirilən su və kanalizasiya layihələri Bakı şəhərini və xeyli sayda rayonu əhatə etməkdədir. Məqsəd regionları və respublikanın paytaxtını fasiləsiz, keyfiyyətli içməli su ilə təmin etmək olsa da, ortada konkret nəticə yoxdur. Reallıq ondan ibarətdir ki, bu gün Bakının əksər rayon və qəsəbələrində  içməli su və kanalizasiya problemi var, regionlarda isə problem üstünə yol problemi də əlavə olunub.

Mediatv.az-a verilən məlumata görə, su və kanalizasiya layihəsi əksər rayonlarda vətəndaşlar üçün yolsuzluq problemi yaradıb. Belə ki bu layihənin nə dərəcədə effektli olacağı hələlik məlum olmasa da, Cəlilabad, Biləsuvar, Beyləqan və adını çəkmədiyimiz əksər rayonlarda “Azərsu” ASC-nin podratçıları tərəfindən  asfalt örtüyü dağıdılaraq məhv edilib. Rayon sakinləri və bu yoldan istifadə edən vətəndaşlar çətinliklərlə üzləşirlər.Yağışlı- qarlı havada isə bu yollarda hərəkət etmək demək olar ki mümkün deyil və sakinlər illərdir ki bu problemlə yaşamağa "məhkum"ediliblər. Əslində isə layihədə dağıdılmış asfalt örtüyü podratçı MMC-lər tərəfindən bərpa olunmalıdır.

 

Podratçı MMC-lər kimə və nəyə xidmət edir?

 

Bilgili mənbənin Mediatv.az-a verdiyi məlumata görə, podratçı MMC-lərin demək olar ki, əksəriyyəti “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov və onun istismar üzrə müavini Köçərli Həsənova yaxın adamlara məxsusdur. Verilən məlumatlarda podratçı MMC-lərin heç bir texniki bazası olmadığı və son dövrlər Ədliyyə Nazirliyində qeydiyyatdan keçdiyi bildirilir. Bu podratçıların hansı kriteriyalarla layihə podratçısı seçilməsi sual olaraq qalır. Elə onun nəticəsidir ki, çəkilən su və kanalizasiya xətləri əksər rayonlarda işlək vəziyyətdə deyil, ayrılmış vəsaitin isə böyük bir hissəsi xərclənib.

         Onu da yaddan çıxarmayaq ki, görülən işlərə, çəkilən su və kanalizasiya xətlərinə, eləcə də dağıdılan asfalt örtüyünə birbaşa cavabdeh “Azərsu” ASC sədrinin istismar üzrə müavini Köçərli Həsənovdur.

 

Götürülmüş kreditlərin taleyi….

 

         Dünya Bankı – dünyada qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət edən və maliyyə resurslarının bölgüsünü təmin edən ən böyük donor təşkilatlardan biridir. BMT tərəfindən yaradılan təşkilatın 184 üzvü var. Dünya Bankı inkişaf etməkdə olan ölkələrə çox aşağı faiz dərəcəsi ilə uzunmüddətli kreditlər verir.

 Dünya Bankı tərəfindən su və kanalizasiya layihələrini respublikamızda həyata keçirmək üçün uzunmüddətli kreditlərin zəmanətçisi təbii ki, Azərbaycan dövlətidir. Götürülmüş kreditlər müəyyən vaxtdan sonra, kiçik faizlə olsa da, Dünya Bankına qaytarılmalıdır. Bu kreditlərin dollarla götürüldüyünü , bu pulun böyük bir hissəsinin talan edildiyini, manatın devalvasiyaya uğradığını və görülən işləri göz qabağına gətirdikdə dəhşətli bir mənzərə yaranir. Bu işlərə birbaşa cavabdeh olan Köçərli Həsənov isə susmaqdadır... 

Qarşı tərəfi dinləməyə hazırıq.

Elvin

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024