İqtisadiyyat (23-10-2015, 12:52)
Baş nazirin müavini: "Aviasiya sahəsinin inkişafına 15 mlrd. dollar vəsait qoyulub"
Son 10 ildə Azərbaycanın aviasiya sahəsinin inkişafına 15 mlrd. dollar vəsait qoyulub. Bunun hesabına sahənin bütün seqmentləri modernləşdirilib.
Mediatv.az xəbər verir ki, bunu Bakıda keçirilən Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) və Dövlətlərarası Şuranın orqanı olan Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) 25 illiyinə həsr olunan sessiyada Azərbaycan baş nazirinin müavini Abid Şərifov bildirib.
Onun sözlərinə görə, eyni dövrdə ölkədə 4 yeni hava limanı tikilib, ikisi modernləşdirilib. "Bütün təyyarə və vertolyot parkı yenilənib. Son illər sərnişinlərə "Boeing", "Embraer" kimi ən müasir təyyarələr xidmət göstərir", - deyə A.Şərifov qeyd edib.
Baş nazirin müavini əlavə edib ki, bu sahədə bütün yerüstü infrastruktur da modernləşdirilib. A.Şərifov bildirib ki, bu gün keçirilən sessiya da bu tədbirin əhəmiyyətini vurğulayır.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024