Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (12-10-2015, 13:08)
“Bizi yaxşı günlər gözləyir” – OPEK rəhbəri neft haqqında

OPEK-in baş katibi Abdulla Salem - əl Badri Küveytə baş tutan konfransda bəyan edib ki, təşkilata üzv olmayan ölkələrin hasilatı azaltması nəticəsində yaxın vaxtlarda neftə olan tələbat artacaq.

 

Mediatv.az bu barədə “Bloomberg”ə istinadən xəbər verir.

OPEK rəhbəri eyni zamanda etiraf edib ki, son beş ildə neft ehtiyatlarının həcmi normadan artıqdır. 

Əl-Badrinin sözlərinə görə, neft sektoru üçün “yaxşı günlər hələ gələcəkdədir”. Onun proqnozlarına əsasən, 2040-cı ilə qədər dünyada neftə tələbat gün ərzində 110 milyon barelə qədər qalxacaq. OPEK-in məlumatlarına görə, hazırda dünyada gün ərzində 75 milyon barel neft hasil olunur. 

Qeyd edək ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,23 dollar artaraq 49,86 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,14 dollar artaraq 52,79 dollar olub.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024