Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (12-09-2015, 17:45)
Bakı-Moskva biletləri endiriləcək


Bundan əvvəl də İstanbul və Antalya istiqamətlərinə biletlər də ucuzlaşıb

 

"Yaxın vaxtlarda Bakı-Moskva-Bakı marşrutu üzrə aşağı büdcəli daimi uçuşlara başlanacaq."
Bunu ANS PRESS-ə açıqlamasında Azərbaycan Hava Yollarının (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.
Onun sözlərinə görə, aşağı büdcəli uçuşlara başlanacağı tarix dəqiq bilinməsə də, AZAL bunu yaxın vaxtlarda reallaşdırmağı nəzərdən keçirir.
Ötən gündən etibarən isə Azərbaycan Hava Yolları 2015-ci il oktyabrın 25-dən etibarən Bakı-Dubay-Bakı marşrutu üzrə uçuşlara başlayacaq aviareyslər üçün ucuz bilet satışına başlayıb.
Uçuşlar "Embraer 190" təyyarəsi ilə hər gün həyata keçiriləcək.
Bu istiqamət üzrə aviabiletlərin qiyməti (bütün rüsumlar daxil olmaqla) sabit olacaq və bir istiqamətə 99 avro təşkil edəcək. Bu marşrut üzrə hər ayrıca baqaj üçün (23 kq-dan artıq olmayan) ödəniş olunması nəzərdə tutulur, ölçüsü 55x35x20 sm olan əl yükünü (5 kq-dan artıq olmayan) özünüzlə təyyarəyə götürmək isə pulsuzdur.
Reys Heydər Əliyev Beynəlxalq Hava Limanından saat 17:30-da çıxacaq, yerli vaxtla saat 20:25-də məşhur Cəbəl-Əli kurortunda yerləşən Al-Maktum hava limanına çatacaq.
Əks istiqamətdə reys Dubaydan saat 21:25-də çıxacaq, yerli vaxtla saat 00:25-də Bakıya çatacaq.
Paytaxtdakı aviakassalardan bildirdilər ki, artıq vətəndaşlar endirimli uçuşlar üçün biletlərin alışına başlayıblar.Yaxın günlərdə müraciət edənlərin sayının daha da artacağı gözlənilir.
Avqustun 7-də AZAL Bakı-Antalya-Bakı aşağı büdcəli reysi (“lou-kost”) üzrə ilk uçuşu həyata keçirib. Bakı-Antalya-Bakı reysi üzrə uçuşlar həftədə 3 dəfə təşkil edilir. 
Bundan başqa Bakı-İstanbul-Bakı reysi üzrə də sentyabrdan başlayaraq hər gün 1 uçuş həyata keçirlir.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024