İqtisadiyyat (27-08-2015, 18:39)
Azərbaycan xaricə ət satışını dayandırıb
DGK məlumat yaydı.
2015-ci ilin ilk 7 ayında Azərbaycana 10 milyon 992 min dollar dəyərində ət və qida üçün yararlı ət əlavələri idxal edilib.
Mediatv.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu ötən ilin anoloji dövrü ilə müqayisədə 11,02% azdır.
Bundan əlavə, bu ilin ilk 7 ayında Azərbaycan ət ixrac etməyib. 2014-cü ilin ilk 7 ayında isə bu rəqəm 172,38 min dollar dəyərində olub.
Azərbaycanın özünün ət istehsalına gəldikdə isə, Dövlət Statistika Komitəsindən isə bildirilib ki, bu ilin 7 ayında ölkədə 165,3 min ton ət (quş əti də daxil olmaqla) istehsal olunub ki, bu da ötən illə müqayisədə 1,9% çoxdur.
Qeyd edək ki, bir müddət əvvəl Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu (Xanvəli) Həsənov Oxu.Az-a bildirmişdi ki, Qurban bayramı ərəfəsində satış məntəqələrində heyvan kəsilmədən əvvəl gətirilən baytarlıq sənədləri araşdırılacaq bundan sonra satışına icazə veriləcək.