İqtisadiyyat / Karusel (5-06-2024, 16:20)
Samir Rzayevin paralel dünyası…
AZAL prezidenti Samir Rzayev APA-ya müsahibəsində uçuş saylarını artırdığını, bir sıra yeniliklər etdiyini bildirib. Bununla bərabər, bir sıra rəqəmlər də açıqlayıb ki, onların arasında biletlərin ucuz olması var.
Tribunainfo.az mövzu ilə bağlı kiçik bir araşdırma apararaq, Samir Rzayevin “ötən ilə nisbətən biletlər 18 faiz ucuzlaşıb” açıqlamasını təftiş edib.
Qeyd edək ki, Azərbaycan 4 ildir quru sərhədləri bağlayıb. Koronavirus səbəbindən bağlanan sərhədlərin daha sonra təhlüksəzilik məqsədi ilə qapalı saxlanılması dövlət səviyyəsində təsdiqlənib. Bu səbəbdən də Azərbaycan vətəndaşlarının ölkəyə giriş və çıxışları yalnız hava yolu ilə mümkündür.
Qiymətlərin ucuz olmasına gəldikdə isə güman ki, Samir Rzayev paralel dünyada yaşayır. Əks təqdirdə, bu böyüklükdə iddia ilə çıxış etməzdi. Bunun üçün AZAL prezidentinin çox uzağa getmədən, elə yaxın qonşulardakı uçuş biletlərinin qiymətlərinə diqqət yetirməsi kifayətdir.
Yay mövsümü olduğundan Azərbaycandan xaricə gedərək, istirahət etmək istəyənlərin sayı artıb. Xüsusən Türkiyəyə gedənlərin sayı üstünlük təşkil edir. Bu zaman AZAL öz “məntiqi” ilə çıxış edərək, biletlərin qiymətlərini bahalaşdırmağa başlayıb. Məsələn, iyulun sonları, avqustun əvvəllərinə Antalyaya indidən bilet almaq istəyən şəxs ən azı gediş-gəliş üçün 700 manat xərcləməlidir. Əgər 4 nəfərlik ailə bu istəyini həyata keçirmək istəsə, o zaman həmin rəqəm 2800 manat xərcləmək məcburiyyətindədir. Yayın isti aylarına doğru getdikcə, yəni daha qısa müddət üçün bilet alınması isə ayrıca müsibətdir. Çünki təkcə birtərəfli uçuş biletinin qiyməti 800 manatdan aşağı deyil.
Analoji vəziyyət cəmi 55 dəqiqə uçuş məsafəsində olan Tiflis üçün də keçərlidir. Çünki Bakıdan Tiflisə və geriyə uçmaq üçün biletin qiyməti bir nəfər üçün ən yaxşı halda 350 avro təşkil edir.
İstanbul və digər şəhərlərə uçuşlarda da hər hansı fərq yoxdur.
İndi isə qonşu dövlətlərə diqqət edək. Sanksiya altında olan İranda qiymətlər bizdən ən azı 3 dəfə ucuzdur.
Məsələn, Təbrizdən İstanbula uçuş məsafəsi 1704 km olduğu halda “İran Air” şirkəti 10 kq əl baqajı və 20 kq baqajla birlikdə bir nəfər üçün bileti 100 manata təqdim edir. “Turkish Airlines” şirkəti isə eyni şərtlər çərçivəsində biletin qiymətini 120 manat müyəənləşdirib. Halbuki Təbrizdən İstanbula uçuş məsafəsi ilə Bakıdan İstanbula uçuş məasfəsi eynidir, arada 1 km-lik fərq var. O zaman sual olunur ki, eyni məsafə üzrə uçuşun qiymətlərindəki bu qədər kəskin fərq nəylə bağlıdır? Və ya bu qədər fərq niyə olmalıdır?
Gürcüstandan Türkiyə şəhərlərinə uçuşların qiymətini isə AZAL-la müqayisə etməyə dəyməz. Təsəvvür edin ki, İstanbula uçuş qiyməti 37 avrodan və ya 74 manatdan başlayır. Kutaisi limanından isə bu qiymət bir qədər də aşağıdır. Biz hələ Avropaya uçuşlar barədə danışmırıq, çünki müqayisəli rəqəmlər biabırçılıqdır.
İndi Samir Rzayevə sual edirik: Hörmətli AZAL prezidenti əgər həqiqətən də şirkətiniz biletlərin qiymətini 18 faiz aşağı endiribsə, niyə bu qədər bahadır? Qonşu dövlətlərdə qiymətlərin aşağı olmasının səbəbi nədir? Onlar sərnişinlərə AZAL-dakı kimi təyyarə ilə daşımırlar ki? Bəlkə yeni nəqliyyat vasitəsi icad ediblər, bizim xəbərimiz yoxdur? Bu o demək deyil ki, AZAL quru sərhədlərin bağlı olmasından sui-istifadə edərək, baha qiymətə bilet satmaqla məşğuldur? Ümid edirik ki, bizim suallarımıza cavab verəcəksiniz.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024