Mediatv.az xəbər verir ki, bu gün Azərbaycan Respublikasının İNTERPOL-un Milli Mərkəzi Bürosunun sabiq polis rəisi. general-mayor Mehman Təhməzov böyrək çatışmamazlığından dünyasını dəyişib.
Qeyd edək ki, Mehman Təhməzov əvvəllər Salyan RPŞ-nin rəisi,Binəqədi RPİ -nin rəisi, Xətai RPİ-nin rəisi vəzifələrində işləyib.
Xatırladaq ki, Mehman Təhməzov 2019 cu ildə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilmişdir.(baku.ws)