Masallı rayonunda mebel sexi yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Binə Xocavar kəndində ümumi sahəsi 200 m² olan birmərtəbəli mebel sexinin dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə və içərisinə yığılan taxta materialları 5 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.