Lənkəranda dənizdə batan şəxsin meyiti tapılıb.
Mediatv.az xəbər verir ki, avqustun 27-də dənizdə batan, 2000-ci il təvəllüdlü Biləsuvar rayonunun Əsgərabad kənd sakini Mahir Rahim oğlu Paşayevin meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.