Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (19-07-2016, 14:44)
Binali Yıldırım: Hüquqdan kənara çıxanlar cəzalandırılacaq

 

 

Türkiyənin baş naziri Binali Yıldırım ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasınn (CXP) sədri Kamal Kılıçdaroğlu ilə görüşüb.
Mediatv.az bildirir ki, Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, liderlər görüşdən sonra ortaq mətbuat konfransında iştirak ediblər.
Binali Yıldırım CXP sədrinə hərbi çevrilişin ilk saatlarında iqtidara verdiyi dəstəyə görə təşəkkür edib.
Baş nazir CXP-nin və digər siyasi partiyaların göstərdikləri dəstəyin qiyamın yatırılmasında böyük rol oynadığını qeyd edib.
Baş nazir Binali Yıldırım qiyamın yatırılması zamanı bəzi təxribatçıların iş başında olduğunu bildirərək, bu kimi hallara yol verilməyəcəyini vurğulayıb.
Binali Yıldırım qiyamla bağlı aparılan təhqiqatın hüququn ali prinsipləri çərçivəsində olacağını qeyd edib:“Bir səhv başqa bir səhvlə düzəldilməz. Hüquq dövlətində intiqam almaq əsla qəbul olumur. Bundan belə vəzifələrini həyata keçirərkən qanun xaricində hərəkət edən olursa, ən şiddətli şəkildə üzərlərinə gedəcəyik”.
Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu qiyamın yatırılması və ondan sonra aparılan təhqiqat zamanı hüquq pozuntularına yol verilməsi ilə bağlı narahatlıqlarını baş nazirin diqqətinə çatdırdığını söyləyib. 
“Xüsusilə sadəcə əmri yerinə yetirən sıravi əsgərlərə və kiçik komandirlərə qarşı zorakılıq həyata keçirilməsinin doğru olmadığını və bunların araşdırılmasının vacibliyini baş nazirin diqqətinə çatdırdım. Cəmiyyətdə hökm sürən gərginliyi birlikdə yatırmaq bizim ortaq vəzifəmizdir”, - deyə o, bildirib.
шаблоны для dle 11.2

Xəbər lenti
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
1 05 2024
1 05 2024
1 05 2024