Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (24-06-2016, 15:22)
Bakıda şok: xəstənin sağlam ayağı kəsildi

Azərbaycanda həkim sol ayağının kəsilməsi barədə diaqnoz qoyduğu xəstənin sağ ayağını kəsib.

 

Mediatv.az xəbər verir ki, bu barədə ANS-ə xəstənin yaxınları məlumat veriblər.

 

Xəstənin nəvəsi Zaur Hüseynovun sözlərinə görə, nənəsi şəkərli diabet xəstəsi olan Tərlan Əliyevaya sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və qadın bu gün Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində əməliyyat edilib.

 

Lakin əməliyyatdan çıxan 82 yaşlı qadını görən yaxınları gözlərinə inanmayıblar. Belə ki, yaşlı qadının iltihablı olan sol ayağı əvəzinə sağlam olan sağ ayağı kəsilib.

 

“Əməliyyatı xəstəxananın cərrah həkimi Valeh Kərimov edib. Lakin əməliyyatdan sonra həmin həkim yoxa çıxıb. Hazırda bütün qohum-əqrəba açıqlama verməsi üçün həmin həkimi axtarır. Lakin tapa bilmirik. Yasamal Rayon Polis İdarəsinin əməkdaşları xəstəxanadadır. Onlar Valeh həkimi idarəyə aparacaqlar".

 

Məsələ ilə bağlı mərkəzdən əvvəlcə bu adda həkimin onlarda çalışmadığı bildirilib. “Bizim xəstəxananın həyətində başqa bir xəstəxana var. Ola bilər ki, xəstə həmin tibb müəssisəsində əməliyyat edilib”, - mərkəzin baş həkiminin katibəsi bildirib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
3 08 2025
3 08 2025
3 08 2025
3 08 2025
3 08 2025
3 08 2025
3 08 2025
2 08 2025
2 08 2025