Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (17-06-2016, 09:37)
Şəmkirdə dəhşətli qəza: Bir ailənin 4 üzvü həlak oldu - FOTOLAR

 

 

Bakı-Qazax magistral yolunda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var.

 

Mediatv.az bildirir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Şəmkir rayonu Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” lə “VAZ 2106” nın toqquşması nəticəsində 4 nəfər ölüb, 4 nəfər yaralanıb. Ölənlər  “VAZ 2106” markalı avtomobilin sürücüsü Şəmkir rayon Yeni Həyat kənd sakini, 1958-ci il təvəllüdlü İntizam Həsənov, onun həyat yoldaşı, 1960-cı il təvəllüdlü Rəna Həsənova, gəlini 1983-cü il təvəllüdlü Aynur Həsənova və qızı 1980-ci il təvəllüdlü Xanım Bayramovadır.

Yaralılar dünyasını dəyişən İ. Həsənovun oğlu 1981-ci il təvəllüdlü Ramin Həsənov, 2008-ci il təvəllüdlü Röyal Ramin oğlu Həsənov, 1996-cı il təvəllüdlü Vahid Bayramov və “Mercedes”in sürücüsü 1981-ci il təvəllüdlü İntiqam Muxtarovdur.

“Mercedes”in sürücüsü Gəncə şəhər sakini İntiqam Muxtarov və V.Bayramov Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir. İ. Muxtarovun dediyinə görə, qəzaya səbəb “VAZ”-ın ikinci dərəcəli yoldan anidən magistral yola çıxması olub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

 

шаблоны для dle 11.2

Xəbər lenti
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024