Hadisə (19-05-2016, 15:14)
90 saylı Ağdaş Seçki Dairəsinin sədri yoxa çıxıb
Seçki Məcəlləsinə uyğun olaraq 90 saylı Ağdaş Seçki Dairəsində təkrar seçkilərin keçirildiyi bir zamanda DSK sədri Nurəddin Nəsirov yoxa çıxıb.
Mediatv.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə adı çəkilən DSK-dan namizədliyi irəli sürülən namizədlər məlumat veriblər. Məlumatda bildirilir ki, mayın 17-dən etibarən DSK sədri mobil telefonunu söndürərək yoxa çıxıb və otağı bağlıdır.
Bu gün imza vərəqlərini təhvil verməyin son günüdür. Namizədlər imza vərəqlərini təhvil verə bilmirlər. Bununla bağlı artıq MSK-ya məlumat verilib və teleqram vurulub. Lakin şikayətlərin hələlik heç bir nəticəsi yoxdur. Namizədlər qeyd edirlər ki, Seçki Məcəlləsinə uyğun olaraq seçkilərə start verilən gündən, seçki bitənə qədər DSK hər gün işləməli, sənədləri qəbul etməlidir.
Namizədlər DSK sədrini tapmaq üçün mediadan köməklik istəyiblər. 90 saylı DSK sədri Nurəddin Nəsirovun mobil telefon nömrəsi 050 414 52 03, DSK-nın telefon nömrəsi (02023) 5-50-96
Məsələni aydınlaşdırmaq üçün göstərilən telefon nömrələrinə zəng etsək də mobil telefon nömrəsi qapalı idi. DSK-nın telefon nömrəsinə zəng etdiyimiz zaman dəstəyi qaldıran olsa da suallarımız cavablandırılmadı.
Qarşı tərəfi dinləməyə və mövqeyini dərc etməyə hazırıq
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024