Dünya (8-05-2015, 13:19)
Mobil telefon danışığı ayda 12 sent olan ölkə - Şimali Koreya
Şimali Koreyada mobil telefon danışığın aylıq abunə haqqı qiyməti min von və ya cəmi 12 ABŞ sentidir.
İKT.lent.az dünya mətbuatına istinadən xəbərinə görə, dünyanın ən qapalı ölkəsinin vətəndaşları bu ödənişə görə ayda 200 dəqiqə danışmaq imkanı əldə edirlər.
Şimali Koreyada valyuta məzənnəsini nəzərə alsaq, bu qiymət demək olar ki, havayıdır. Ancaq mobil telefon istifadəçilərinə verilən 200 dəqiqədən əlavə danışılan hər 100 dəqiqəyə görə onlar 13 dollar əlavə ödəməli olurlar. Bu da hesablamalara görə, 1 illik mobil telefon danışığının ödənişinin pulu edir.
Bununla belə, Şimali Koreyada mobil telefon istifadəçisi akkauntu açmağın dəyəri bir neçə dollar təşkil edir. Hazırda ölkədə cəmi bir - “Koryolink” adlı mobil operator fəaliyyət göstərir. Onun 2,4 milyon nəfər abunəçisi var ki, bu say da ucuz aylıq ödənişinə görə hər an artmaqda davam edir. Bəzi mənbələr isə iddia edir ki, mobil telefon istifadəçiləri ancaq və ancaq ölkədaxili zəng etmək imkanındadırlar.
Qeyd edilir ki, Şimali Koreyada mobil telefon danışığının ucuz qiymətə olması dövlət qulluqçularının yaşayışı üçün əlverişli şərait yaradılmasından irəli gəlir.