Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə / Slayd (16-05-2016, 15:36)
Cəllad-general Sübahir Qurbanov əks-kəşfiyyat polkovnikinin başına hansı oyunları açıb

Eldar Mahmudovun başçılığı ilə fəaliyyətinə artıq xitam verilmiş MTN-də formalaşmış mütəşəkkil cinayətkar qruplaşmanın üzvlərinin əməlləri barədə əhvalatlar bitib-tükənmək bilmir.

Mediatv.az xəbər verir ki, bu qruplaşmanın fəaliyyəti barədə indiyədək yazılanlarda əsasən Eldar Mahmudovun özünün və onun “sağ əli” hesab olunan Akif Çovdarovun sahibkarları talamağa, günahsız insanları MTN-in zirzəmisinə salıb şantaj etməyə, işgəncə yolu ilə onların əmlakını qəsb etməyə yönələn əməllərindən bəhs olunurdu. Lakin “Mahmudov-Çovdarov bandası”nın daha bir aparıcı fiquru var ki, onun barəsində indiyədək o qədər də geniş danışılmayıb, yazılmayıb. Bu, MTN-in mütəşəkkil transmilli cinayətkarlıqla mübarizə İdarəsinin rəisi, hazırda həbsdə olan general Sübahir Qurbanovdur.

Sübahir Qurbanovun da əsas işi mənsub olduğu qruplaşmanın digər üzvləri kimi müxtəlif şərləmə və şantaj üsullarından istifadə edərək sahibkarları qəsb etməkdən ibarət olub. Ancaq onun əməllərindən zərər çəkənlər arasında keçmiş işçiləri, peşəkar xüsusi xidmət zabitləri də var. Çünki Sübahir Qurbanov həmin idarəyə rəhbərlik etməyə başlayandan sonra peşəkarları müxtəlif yollarla sıxışdırıb işdən uzaqlaşdırıb.

 

Belələrindən biri də polkovnik-leytenant A.Məmmədovdur. A.Məmmədov keçmiş əks-kəşfiyyatçıdır, Namiq Abbasovun dövründən MTN-də işləyib və Vətən qarşısında xidmətlərinə görə bir sıra dövlət mükafatlarına layiq görülüb.Eldar Mahmudovun MTN-ə rəhbərlik etməyə başlamasından sonra onu  keçmişdə adi polis olan və xüsusi xidmət üzrə heç bir peşəkarlığa malik olmayan Sübahir Qurbanovun başçılıq idarəyə keçiriblər.

Və S.Qurbanov transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə onun təcrübəsindən istifadə etmək əvəzinə peşəkar zabiti sıxışdrmağa başlayıb. Çünki peşəkarlar Mahmudov-Çovdarov qruplaşmasında yad adamlar hesab olunurdular və onlara etibar etmə olmazdı. A.Məmmədov deyir ki,S.Qurbanov onu sıradan çıxarmaq üçün öz agenti və yaxın adamı T.Ağayevin xidmətlərindən istifadə edib.  Həmin T.Ağayevin ki, S.Qurbanovun tapşırığı il xarici şirkətlərin nümayəndəliklərində, nazirliklərdə, banklarda və s. təsisatlarda casuslar yerləşdirirdi.

 Beləliklə, S.Qurbanovun yaxın adamının əli ilə A.Məmmədovun haqqında DİN-ə şikayət daxil olur. Həmin şikayətdə deyilirdi ki, A.Məmmədov Azərbaycan Dövlət Neft Akademiyasında (İndiki Neft və Sənaye İnstitutu) işləyərkən sahibkar Aydın Cəfərovdan 100 min manat alıb, əvəzində “Azərsu” ASC-nin keçirdiyi tenderdə onun qalib gəlməsini təmin edəcəyinə söz verib.

DİN-in Baş istintaq idarəsinin müstəntiqi Aydın Cəfərovu dindirir, ancaq sahibkar deyir ki, agent yalan danışır. Bunu şahid Gülağa Bağırov da təsdiqləyir. Məmmədov özü isə bildirir ki, Cəfərovu tanımır və onun haqqında ancaq dostu Gülağa vasitəsilə eşidib. Bunu Məmmədovun telefonuna edilən zənglər də təsdiq edir. Beləliklə, MTN-in təzyiqlərinə baxmayaraq istintaq Məmmədovun əleyhinə heç bir sübut tapa bilmir. T.Ağayev həbs olunur, A.Məmmədova və G.Bağırova qarşı qaldırılmış cinayət işinin istintaqı dayandırılaraq prokurorluğa qaytarılır. Lakin bu istintaq dövründə Sübahir Qurbanov artıq A.Məmmədovu heç bir əsas olmadan işdən azad etmişdi.

Və daha sonra prokurorluq çox güman ki, MTN generalının sifarişi ilə həmin işi yenidən qaldırır. Bu dəfə işi korrupsiyaya qarşı mübarizə üzrə İstintaq İdarəsinə göndərirlər. Ancaq orada da müstəntiq Qabil Səfərov işin qurama olduğunu görüb 6 ay ərzində heç bir istintaq hərəkəti aparmır. Bu, general Qurbanovu narahat edir və  qorxur ki, bəraət alandan sonra Məmmədov MTN-dəki işinə qayıda, onun yalanını ifşa edə bilər.

Nəticədə ötən ilin sentyabrında, istintaq müddətinin başa çatmasına cəmi 1 gün qalmış Məmmədovun və Bağırovun barəsində həbs qətimkan tədbiri seçirlər. İş həmin gün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilir. Ancaq A.Cəfərov özünü zərərçəkən hesab etmir və məhkəməyə qatılmır. Çünki o, Məmmədova pulu “ümumi işə görə” vermişdi və qarşı tərəf pulu artıq qaytarmışdı.

Məhkəmə ötən ilin oktyabrında başlayır. Ancaq MTN generallarının həbsindən sonra agent Ağayev ifadəsini dəyişir. Birbaşa məhkəmədə deyir ki, Sübahir Qurbanov və Akif Çovdarov onu agent kimi istifadə edib, A.Məmmədovu ilişdirməyi tapşırıb. Sübut kimi agent rəisinin, yəni Sübahir Qurbanovum köməkçisinin ona etdiyi zəngləri göstərir. Köməkçi generalın adından zəng etmişdi və agentlə “Çinar” restoranında görüş təyin etmişdi.

Lakin müdafiə tərəfinin bütün vəsadətlərinə baxmayaraq məhkəmə general Qurbanovu və onun köməkçisini dindirməyib. Görünür hakim Səbuhi Hüseynov hələ də MTN-dən qorxur və açıq deyir ki, bu işə görə başının ağrımasını istəmir

Məhkəmədə özünü müdafiə edə bilməyən A.Məmmədov ədliyyə naziri Fikrət Məmmədovun qəbuluna düşüb. Nazirə zərərçəkən olmadığı halda onu dələduzluqda ittiham etdiklərini ətraflı çatdırıb. Nazir bildirib ki, bu cür iş məhkəməyə gedib çıxa bilməzdi.

Buna baxmayaraq hakim işə əvvəlki məcrada baxmaqda davam edir. Hakim məhkəmədə açıq etiraf edir ki, Məmmədovun və Bağırovun günahkar olduğuna özü də inanmır. Əks halda onların barəsində həbs qətimkan tədbiri seçilərdi.“Əgər mən Korrupsiyaya qarşı Mübarizə İdarəsinin apardığı iş üzrə bəraət versəm problemlə üzləşərəm. Ona görə də məndən inciməyin”-hakim deyib.

Nəticədə iş üzrə “zərərçəkən” və “ittiham olunan” tərəflər yenidən ədliyyə nazirinin qəbuluna düşürlər. Fikrət Məmmədov yenidən təəcüblənir. “Axı bu sadə həqiqətdir. Əgər zərərçəkən yoxdursa dələduzluq da ola bilməz”o deyib. Bununla belə əlavə edib ki, məhkəmənin işinə müdaxilə edə bilməz. Ancaq nazir işi xüsusi nəzarətə götürdüyünə dair Bakı Ağır Cinayətlər Məhkəməsinə məktub göndərir. Hakim isə hələ də mövqeyini dəyişməyib.

Məlum olub ki, peşəkar zabit kimi A.Məmmədovu yenidən DTX-yə işə götürmək istəyiblər, ancaq həmin məhkəmə işi buna mane olub. Başqa sözlə, Mahmudov-Çovdarov qruplaşmasının kölgəsi hələ də keçmiş zabiti təqib edir.(Virtualaz.org)

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024