Hadisə (14-05-2016, 10:35)
Cəbhədə gərginlik: Düşmən əsgəri ölümcül yaralandı
Mayın 13-ü saat 17 radələrindən cəbhədə yaşanan gərginlik 14 may gecəsi boyunca davam edib.
Mediatv.az xəbər verir ki, Azərbaycan silahlı qüvvələrinin mövqelərini və yaşayış məntəqələrimizin atəşə tutulmasına cavab zərbələri endirilərkən düşmən hərbçisi yaralanıb. Musavat.com-un erməni mətbuatına istinadən verdiyi xəbərə görə, cəbhənin şimal istiqamətində ağır güllə yarası alan hərbi qulluqçu 1995-ci il təvəllüdlü Ovanes Poqosyandır. Onun Ermənistan, yoxsa Qarabağ ermənisi olduğu açıqlanmır.
Mayın 13-də separatçıların lideri Bako Saakyanın Ağdərə bölgəsinə gəlişi ilə daha da azğınlaşan erməni tərəf Azərbaycanı günahlandırmağa həyasızcasına cəhd göstərir. Qarabağdakı separatçı rejim bu arada Azərbaycan hərbi birləşmələrinin aktivliyinin müşahidə olunması barədə həyəcanlı xəbərlər yayır.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024