Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (22-04-2016, 13:38)
“Atletlər kəndi”ndəki qəza ilə bağlı məhkəmədə şok ifadələr

98150_src

Bakıda Avstriya atletlərini avtobusla vuran sürücü: “Başqa şirkətdə işləyəndə də yol-nəqliyyat hadisəsi törətmişəm”

“MTN-ə göndərilən siyahıda Vəli Əhmədovun adı olmayıb”

Mediatv.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində I Avropa Oyunlarının “Atletlər kəndi”nin nəqliyyat deposunda Avstriya yığmasının atletlərini avtobusla vurmaqda təqsirləndirilən sürücü Vəli Əhmədov, həmçinin Nəqliyyat Nazirliyinin (NN) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov, “Təhlükəsiz şəhər” kamerasının operatoru Elçin Həsənov və NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Lent.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istantıqı açıq elan edilib. Prokuror ittiham aktını elan edib.
Qəza törədən sürücü Vəli Əhmədov özünü ittiham üzrə təqsirli bilib.
Təqsirləndirilənlərdən Nəqliyyat Nazirliyinin əməkdaşları Hüseyn Salmanov və Fərid Əmiraslanov özünü ümumiyyətlə təqsirli bilməyib.
Təhülkəsizlik şəhər kamerasının operatoru, polis əməkdaşı Elçin Həsəmov isə özünü qismən təqsirli bilib. O bildirib ki, verilən ittihamla razı deyil, səhlənkarlıq edib, yalnız vəzifədən sui istifadə etməyib.
Təqsirləndirilənlərdən sürücü Vəli Əhmədov məhkəmədə sərbəst ifadə verib. O, ifadəsində deyib ki, hadisə zamanı avtobusun əyləci tutmayıb: “Avtobus öz-özünə sürət yığdı, nə qədər əyləci sıxsam da, işləmədi. Zərərçəkənlərin arxasında təcili yardım gəldi. Məni də gedib polisə təslim oldum”.
Prokurorun suallarına cavab verən V.Əhmədov deyib ki, həmin avtobuslarda 3 gün təlim keçib: “Mən orda işləmək üçün müraciət etməmişəm. Dedilər gəldik. Həmin 3 gündə gediləcək obyektlərin hamısına getmişdim. Hadisədə ayaqda olan əyləc işləməyən kimi, neytrala atdım sonra özümü itirdim, gözlərim qaraldı, ürəyim sıxıldı, nə olduğunu anlamadım. Hadisə zamanı avtobusda 9-10 adam var idi. Onlardan biri də polis idi. Burda mənimlə yan-yana oturduğum şəxslərin heç birini tanımıram”.
Vəli Əhmədov onu da qeyd edib ki, əvvəllər də yol nəqliyyat hadisəsi törətdiyi üçün barəsində cinayət işi açılıb: “İllər əvvəl olub, həbs olunmamışam. Şərti cəza almışam. Onda başqa şirkətdə işləmişəm. Oradan çıxıb, Transqeyt şirkətinə gəldim, 1 nömrəli avtobusu sürmüşəm. 4 ildə orda çalışırdım. Sonra həmin 1 nömrəli avtobus xəttini bağladılar. Bizi təlimlərə göndərdilər. Biz heç yerə müraciət etməmişik. Dedilər şəkil, sürücülük vəsiqənizi verin. Qol çəkdik. Sonra da çağırdılar. Əmək müqaviləsində göstərilmişdi ki, bir aylıq işə görə 750 manat əmək haqqı alacağıq “.
Təqsirləndirilən Hüseyn Salamov ifadə verib. O, ifadəsində bildirib ki, Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəisi olub:
” Bizə tapşırıq verildiyi kimi, 888 sürücü cəlb etdik. Siyahılar tərtib edilib. Siyahılar MTN-nə də göndərilib. Adları olan şəxslər həmin qurum tərəfindən yoxlanılıb. Sənədlər MTN-dən qayıdanda mən ölkədə yox idim. Lakin həmin siyahıda Vəli Əhmədovun adı olmayıb. Hadisədən sonra mənə məlumat verdilər ki, ilkin siyahıda bu adamın adı olmayıb. Sonradan yenidən sürücü lazım olub deyə bu adam keçib. Vəli Əhmədov taksi sürücüsü kimi qeydiyyatdan keçib. Biz onların hamısını Əməliyyat Komitəsinə təhvil vermişdik. Mənim bu cinayət əməlində günahım yoxdur”.
Məhkəmə prosesi aprelin 29 – təyin edilib.
Qeyd edək ki, keçən il iyun ayının 11-də, I Avropa Oyunlarının “Atletlər kəndi”nin nəqliyyat deposunda, “Bakubus” MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadaları üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Paceri vurub. Hadisədən sonra avtobusun sürücüsü V.Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi H.Salamov və “Təhlükəsiz şəhər” kamerasının operatoru E.Həsənov adlı şəxs tutulub. NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi F.Əmiraslanov isə işlə bağlı istintaqa cəlb olunsa da, barəsində həbs qətimkan tədbiri seçilməyib. O, zaminə buraxılıb.
V.Əhmədova qarşı Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda), H.Salmanov və E.Həsənova qarşı 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), F.Əmiraslanova qarşı isə 314-cü (səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb.

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024