Hadisə (22-04-2016, 12:14)
Azərbaycanın tanınmış alimi vəfat etdi
Dilçi alim, AMEA-nın müxbir üzvü Adil Bağırov vəfat edib.
Mediatv.az xəbər verir ki, AMEA-dan verilən əmlumata görə, A. Bağırov aprelin 21-də 69 yaşında dünyasını dəyişib.
Adil Bağırov 1947 -ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Nursu kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsini bitirib. “Türk dillərində yarımçıq fellər (Oğuz qrupu türk dillərinin materialları əsasında)” mövzusunda namizədlik, “Naxçıvan Muxtar Respublikası onomastik vahidlərinin tarixi-linqvistik təhlili (toponimlər və hidronimlər)” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilib.
140-dan artıq elmi əsərin müəllifidir. Onlardan “Türk dillərində yarımçıq fellər”, “Naxçıvanın hidronimləri”, “Naxçıvan toponimlərinin linqvistik xüsusiyyətləri”, “Naxçıvan Muxtar Respublikasının onomastik vahidlər sözlüyü”, “Naxçıvanın oykonimləri”, “Onomalogiya problemləri”, “Oronimlərin linqvistik xüsusiyyətləri” və s. monoqrafiyalar Azərbaycan dilçilik tarixi üçün dəyərli mənbədir.