Bu gün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttinin şimal istiqaməində (Kəlbəcər) erməni ordusunun bir əsgəri öldürülüb.
Mediatv.az Virtualaz.org-a istinadən xəbər verir ki, Dağlıq Qarabağdakı qondarma rejimin “müdafiə nazirliyinin” məlumatına əsasən saat 12.20 radələrində Azərbaycan ordusunun mövqelərindən açılan snayper atəşi ilə 1996-cı ildə anadan olmuş sıravi Vladimir Melkonyan vurulub.