Ötən gün Azərbaycan - Ermənistan sərhədinin Qazax rayonu ərazisində düşmən təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun zabiti Qalib Laim oğlu Zülfüqarlı dəfn edilib.
Mediatv.az xəbər verir ki. 1992-ci il təvəllüdlü Qalib Laim oğlu Zülfüqarlı bu gün doğulduğu Lənkəran rayonunun Vilvan kəndində torpağa tapşırılıb.
Dəfn mərasimində kənd sakinləri, rayonun icra strukturlarının nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin əməkdaşları, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak ediblər.
Əsgərlərin yaylım atəşindən sonra şəhid torpağa tapşırılıb.