Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (10-03-2016, 16:46)
Hacı Məmədovun ərizəsi plenuma çıxarılmayacaq - Ali Məhkəmə

 

Ali Məhkəmədə Daxili İşlər Nazirliyinin (DİN) həbsdə olan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun ərizəsi ilə bağlı rəy verilib.

Mediatv.az xəbər verir ki, Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, H.Məmmədovun ərizəsi araşdırılıb və ərizəsinin plenuma çıxarılmamasına rəy verilib.

Qeyd edək ki, bir müddət əvvəl Hacı Məmmədov yeni açılmış hal üzrə məhkəməyə müraciət edib. Onun müraciəti hakimin icraatına verilib və hakim tərəfindən öyrənilib.

Qanunvericiliyə əsasən, hakim daxil olmuş ərizə ilə bir ay müddətində tanış olur. Bundan sonra ərizənin məhkəmənin plenumuna çıxarılıb-çıxarılmaması ilə bağlı rəy yazır.

Xatırladaq ki, DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-na keçən gecə MTN-in həyata keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində həbs ediliblər.

H.Məmmədova qarşı Cinayət Məcəlləsinin 80 maddəsi ilə ittiham irəli sürülüb, barəsində əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası çıxarılıb.

Məhkəmənin qərarına əsasən, DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov və daha 8 nəfər də ömürlük həbs cəzasına məhkum edilib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024