Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (29-02-2016, 14:38)
Xanım sürücünü döyən polis 7 il həbs edilə bilər

14db85

Bakıda xanım sürücüyə qarşı zor tətbiq edən Dövlət Yol Polisi əməkdaşı 7 il azadlıqdan məhrum edilə bilər.

Mediatv.az xəbər verir ki, bu barədə AzNews.az-a hüquq müdafiəçisi Müzəffər Baxış məlumat verib. O, qeyd edib ki, qanunda polis əməkdaşına kiməsə zor tətbiq etmək səlahiyyəti verilməyib: “Polis əməkdaşı səlahiyyət hədlərini aşıb. Əgər həmin xanım xətaya yol verib, hər hansı qanun pozuntusu edibsə, polis əməkdaşı qanunun ona icazə verdiyi şəkildə səlahiyyətlərindən istifadə etməli idi. Polis belə hallarda digər tədbirlərdən istifadə etməlidir. Yol patrul xidmətinin köməkliyi ilə həmin xanımı polis şöbəsinə aparmalıdır. Yol polisi səlahiyyət həddini aşmaqla zor tətbiq etməklə cinayət törədib. Buna görə də cinayət məsuliyyətinə cəlb edilməklə cəzalandırılmalıdır. İstintaq başlamalı, əməlinə hüquqi qiymət verilməlidir”.

M.Baxışın sözlərinə görə, əgər polis əməkdaşı o xanımı zorla maşından yerə salıb, ona xəsarətlər yetirib, zorakı hərəkətlərlə ona qarşı hər hansı qanunsuz hərəkətlər edibsə, onda bu xəsarətlərin dərəcəsi az ağır xəsarət, ağır xəsarət, polis əməkdaşının əməli cinayətlərin məcburi qaydasında, həm Cinayət Məcəlləsinin 309.2 maddəsi, həm də az ağır xəsarət yetilibsə cinayət məcəlləsinin 309.2, 127.1 maddəsi ilə, ağır xəsarət yetirilibsə 309.2, cinayət məcələsinin 126.1-ci maddəsi ilə iş başlanmalıdır: “Əgər yetirilən xəta yüngül xəsarətdirsə, xəsarətin dərəcəsi müəyyən edilməyən xəsarətlər yetirilibsə, belə halda yol polis əməkdaşının əməli Cinayət Məcəlləsinin 309.2 maddəsi ilə təsbit olunmalıdır. Həmin yol polisini 7 ilə kimi azadlıqdan məhrum edilməsi cəzası gözləyir”.

Qeyd edək ki, Bakıda yol polisi əməkdaşı ilə xanım sürücü arasında insident yaşanıb. 99 FH 475 nömrə nişanlı avtomobilin xanım sürücüsü polis əməkdaşını avtomobilindən uzaqlaşdırmağa çalışıb. Lakin 99 YP 497 nömrə nişanlı YPX ekipajının əməkdaşı olduğu bilinən Əlövsət adlı polis xanım sürücüyə qarşı kobudluq edib, hətta onu vuraraq yıxıb. Daha sonra isə polis avtomobilə ön pəncərədən minib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024