Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə / Karusel (27-07-2015, 20:02)
Məhkumları daşıyan maşın qəzaya düşdü- Ölən var

Məhkumları daşıyan maşın qəzaya düşdü- Ölən varƏdliyyə Nazirliyi Penitensiar Xidmətə məxsus olan, məhkumların daşınması üçün nəzərdə tutulan nəqliyyat vasitəsi ilə “Pajero” markalı avtomobil toqquşub. 

 

“Mediatv.az” xəbər verir ki, “Yeni Müsavat”a daxil olan məlumata görə, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin ərazisində baş vermiş qəza zamanı “Pajero” markalı avtomobilin sürücüsü dünyasını dəyişib. 

Daxili İşlər Nazirliyi saytında yer alan məlumatda bildirilir ki, iyulun 25-də 17 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini Elxan Hacıyevin idarə etdiyi “Toyota” və Tofiq Xudabaxşiyevin idarə etdiyi “QAZ-3309” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü xəstəxanaya yerləşdirilib, E.Hacıyev orada ölüb. Saytda məhkumları daşıyan “QAZ-3309” markalı avtomobildə məhkumların xəsarət alıb-almaması haqda məlumat verilmir.

Verilən məlumata görə, olay məhkumlar məhkəməyə aparılarkən baş verib. Qəza zamanı sürücüdən başqa  nəzarətçilər və 6 məhkum müxtəlif dərəcəli xəsarətlər alıblar. Qəzanın “Pajero” markalı avtomobilin yüksək sürətlə idarə olunması və yolun əks tərəfinə çıxması səbəbindən baş verdiyi bildirilir. 

Hazırda faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024