Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (Bu gün, 09:21)
"Haber Global" Türkiyə təyyarəsinin qəzası ilə bağlı bir neçə versiya irəli sürüb - VİDEO

 Türkiyənin "Haber Global" telekanalı Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya düşməsi ilə bağlı reportaj hazırlayıb.
"Report" xəbər verir ki, reportajda qəzanın baş vermə səbəbləri ilə bağlı bir neçə versiya irəli sürülüb.
Telekanal mənbələrə istinadən bildirib ki, təyyarə uzun müddətdir xidmətdə olub və sonuncu dəfə 2020-ci ildə əsaslı təmir edilib. İkin ehtimala görə, təyyarənin gövdəsində korroziya, yəni paslanma nəticəsində deşilmə baş verə bilərdi. Nəticədə bu hal, qəzaya səbəb ola bilər. Çünki, 2019-cü ildə ABŞ-də, Arizona ştatında eyni tipli təyyarə məhz bu səbəbdən qəzaya uğrayıb.
"Digər ehtimal - yüklər lazımi qaydada bərkidilmədiyi üçün uçuş zamanı yer dəyişmə baş verə bilərdi. Bu halda, tərpənən yük gövdənin daxili səthlərinə çırpılaraq onun zədələnməsinə səbəb olub. İstintaq Gürcüstan və Türkiyə tərəfindən aparılır, Azərbaycan isə Türkiyəyə tam dəstək göstərir. Qəza ilə bağlı bütün sirlər qara qutunun tapılmasından sonra ortaya çıxacaq", - deyə reportajda vurğulanıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025