Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (Bu gün, 13:01)
Şuşada 2027-ci ilin əvvəlinə kimi 45 bina tikiləcək

 

Şuşada 2027-ci ilin əvvəlinə kimi 45 bina tikilib təhvil veriləcək.

Valyuta.az xəbər verir ki, bunu Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

O bildirib ki, sözügedən binaların artıq tikintisinə başlanılıb: "800-dən çox mənzil istifadəyə veriləcək və 3 minə yaxın insan bu mənzillərə köçürüləcək. İşlər tender əsasında həyata keçirilir. Hazırda 22 binanın tikintisini “Kristal Construction” həyata keçirir”.

Aydın Kərimov vurğulayıb ki, indiyə qədər Şuşaya 1411 nəfər köçürülüb və ümumilikdə ikinci qayıdış planına qədər 8 min nəfərin köçürülməsi planlaşdırılır.

Aydın Kərimov həmçinin əlavə edib ki, Şuşaya səfər edənlərin sayı artır: "Bu il ərzində Şuşaya 430 min turist səfər edib və 23 min nəfər gecələyib". (Mənbə: APA)

Paylaş

шаблоны для dle 11.2

Xəbər lenti
15 10 2025
15 10 2025
15 10 2025
15 10 2025
15 10 2025
15 10 2025
15 10 2025
15 10 2025
15 10 2025
15 10 2025
15 10 2025
15 10 2025
15 10 2025
15 10 2025
15 10 2025
15 10 2025
15 10 2025
15 10 2025
15 10 2025
15 10 2025
15 10 2025
15 10 2025
15 10 2025
15 10 2025
14 10 2025
14 10 2025
14 10 2025
14 10 2025
14 10 2025
14 10 2025