Sabirabad rayonunun Minbaşı-Qarağac kəndi ərazisində yol qəzası baş verib.Mediatv.az xəbər verir ki, "VAZ-2106" markalı avtomobil “Hyundai”la toqquşub. Qəza zamanı xəsarət alan Hüseynov Nəbi Bəxtiyar oğlu Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Vəziyyəti ağır olan yaralıya lazımı tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır