Hadisə (18-09-2023, 21:42)
Təcili yardım maşını qəzaya uğradı: yaralılar var - Təfərrüat

Mediatv.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qalağayın kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, İmişli rayonuna məxsus təcili yardım maşını VAZ-21011 markalı avtomobillə toqquşub.
Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilir.
***
Sabirabadda baş verən qəzanın bəzi təfərrüatı məlum olub.
İmişli rayon sakini, 1982-ci il təvəllüdlü Dilarə Alməhəmməd qızı Həziyeva hamilə olduğundan təcili yardım maşını ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə gətirilərkən qəza baş verib.
Nəticədə İmişli rayon sakinləri, təcili yardım stansiyasının tibb bacısı, 1964-cü il təvəllüdlü Aidə Nizami qızı Abdullayeva, 1980-ci il təvəllüdlü Aynur Hüseyn qızı Vəliyeva,“VAZ-21011 markalı avtomobilin sürücüsü, Sabirabad şəhər sakini, 1969-cu il təvəllüdlü Muxtar Cəfər oğlu Cəfərov və onun həmyerlisi 1987-ci il təvəllüdlü Ceyhunə Baloğlan qızı Vəliyeva müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Yüngül xəsarət alan hamilə qadın D.Həziyeva isə doğum şöbəsinə qaldırılıb.
Faktla bağlı araşdırma aparılır

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
1 05 2025
1 05 2025
1 05 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR