Qaxda yol qəzası baş verib.

Mediatv.az xəbər verir ki,hadisə gecə saatlarında  Qax-Qorağan avtomobil yolunda qeydə alınıb. Belə ki, 1981-ci il təvəllüdlü Qax rayonu Dəymədağlı kənd sakini Mətləb Arif oğlu Məmmədovun idarə etdiyi minik avtomobili yük maşınının qoşqusuna çırpılıb.Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan A. Məmmədov Qax Rayon Mərkəzi Xəstəxanasının  cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.