Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (12-07-2018, 17:00)
"Gəncədə baş verən hadisələr ilk növbədə terror aktıdır"

"Gəncədə baş verən hadisələr ilk növbədə terror aktıdır"

 

Gəncə şəhərində baş verən hadisələr ilk növbədə terror aktıdır.

Mediatv.az  xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında millət vəkili Bəxtiyar Sadıqov deyib.

Millət vəkili bildirib ki, bu, Azərbaycanın müstəqil siyasət yürütməsini istəməyən qüvvələrin işidir:

"Azərbaycanda sabitliyin pozulmasında maraqlı olan qüvvələr bunu törətmək üçün ölkədə yad təsirlər altına düşmüş insanları cəlb edərək və sosial şəbəkələr vasitəsilə çağırışlar edərək sabitliyi pozmağa, bununla Gəncədə xaos, anarxiya yaratmağa cəhd etdilər. Təbii ki, Azərbaycan dövlətinin kifayət qədər gücü, mərd və daim asayişin keşiyində duran polisi var. Gəncəlilər də 90-cı illərdən xaos və anarxiyanın nə olduğunu yaxşı bilirlər. Ona görə də gəncəlilər heç vaxt orada sabitliyin pozulmasına imkan verməzlər. Bu qüvvələr qəfil meydana atıldılar. Faktlar da göstərir ki, həmin qüvvələr əvvəlcədən buna hazırlıqlı olub, kəsici-deşici alətlərlə silahlanıblar. Polislər əslində həmin şəxsləri asayişi pozmamağa çağırırdılar. Burda elə ciddi qarşıdurma, iğtişaş yox idi. Amma həmin qüvvələr əvvəlcədən hazırlaşaraq vəziyyətin ciddiləşməsini istədilər və iki yüksək rütbəli zabiti şəhid etdilər".

B.Sadıqov qeyd edib ki, Azərbaycanda asayişi qoruyan, insanların təhlükəsizliyinə çalışan polisə qəsd bütövlükdə Azərbaycan dövlətinə və dövlətçiliyinə edilən qəsddir:

"Bu hadisəni törədənlər cinayətkardırlar və bunların törətdikləri həm də dövlətə qarşı cinayətdir. Mən həmin cinayətkarları lənətləyirəm. Allah şəhid olan polis zabitlərimizə rəhmət eləsin. Azərbaycanda sabitliyi pozmaq heç kimə nəsib olmayacaq. Çünki sabitliyin mənbəyi xalqla iqtidar arasındakı möhkəm və sarsılmaz birlikdir. Bu yaxında keçirilmiş prezident seçkilərində bir daha bunun şahidi olduq. Ona görə də Azərbaycanda sabitliyi pozmaq istəyən qüvvələrin cəhdləri heç vaxt baş tutmayacaq və Azərbaycan həmişə öz müstəqil siyasətini yürütməkdə davam edəcək".

Qeyd edək ki, iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanuna zidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər. Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024