Gündəm (28-11-2017, 21:00)
Azərbaycanda saxlanılan erməni diversantlardan biri hərbi əsir sayılmır – RƏSMİ
"Azərbaycanda saxlanılan 2 erməni diversantdan biri Arsen Baqdasaryanla bağlı məhkəmənin qərarı var. Həmin şəxs təmas xəttində törətdiyi cinayət əməlinə görə həbs olunub. O, hərbi əsir sayılmır, çünki o şəxs məhkəmənin qərarı ilə həbs olunub".
Mediatv.az Report-a " xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
O qeyd edib ki, digər şəxs-Zaver Karapetyanla bağlı beynəlxalq təşkilatlarla müəyyən işlər görülür: "Hələlik həmin şəxs Azərbaycanda saxlanılır. Onun saxlanma şəraiti bütün beynəlxalq normalara və standartlara uyğundur. Beynəlxalq təşkilatlar istənilən vaxt ona baş çəkir. Azərbaycan hər zaman öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir".