Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (5-03-2017, 10:19)
Qırğızıstan Azərbaycanın narazılığına münasibət bildirdi

Qırğızıstanın Xarici İşlər Nazirliyi (XİN) ölkənin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslamabad bəyannaməsinin siyasi bəndlərini nə üçün təqdir etmədiyinə aydınlıq gətirib.

Mediatv.az:   Bu barədə Qırğızıstan XİN-in rəsmi saytında dərc olunan bəyanatda qeyd olunub.

Bundan əvvəl Azərbaycanın xarici siyasət idarəsi bildirib ki, Qırğızıstanın İƏT-in 13-cü sammitinin yekun bəyanatının siyasi maddələrinə qoşulmaması suallar doğurur.

Qırğızıstan XİN-i Azərbaycanın reaksiyasını “təəssüf hissi ilə qarşılayıb”: "Hesab edirik ki, bu regional birlik hər şeydən əvvəl iqtisadi mahiyyətli məsələlərin həlli üçün nəzərdə tutulub. Nümayəndə heyətlərinin əksəriyyəti həm təşkilatı, həm də İslamabad bəyannaməsini siyasiləşdirməməyin tərəfdarı olduqlarını bildiriblər. Bununla belə, Qırğızıstan bəyannamənin qəbul edilməsinə maneəçilik törətməyib, sadəcə onun siyasi maddələrinə qarşı bitərəf qalıb", — deyə nazirliyin bəyanatında bildirilir.

XİN-in mətbuat xidmətinin məlumatına görə, Qırğızıstan Azərbaycanla həm ikitərəfli, həm də çoxtərəfli formatda həmişə ardıcıl olaraq ərazi mübahisələrinin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən diplomatik münasibət qurduğu hər bir dövlətin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü əsasında sülh yolu ilə həlli mövqeyindən çıxış edir.

Qırğızıstan gələcəkdə də, İƏT-in digər ölkələri ilə olduğu kimi, Azərbaycanla da münasibətləri möhkəmləndirmək və genişləndirməkdə maraqlıdır.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024