Gündəm (14-11-2016, 09:12)
Azərbaycanda Diaspor Komitəsi ləğv oluna bilər
Elxan Şahinoğlu: “Diaspor Komitəsi XİN-in tərkibində fəaliyyət göstərərsə, daha yaxşı olar”
Mediatv.az: Bu günlərdə Gürcüstanda Diaspor İşləri üzrə Dövlət Nazirliyi ləğv edilib, onun funksiyası isə Xarici İşlər Nazirliyinin səlahiyyətlərinə daxil edilib. Azərbaycanda da 2008-ci ildən Diasporla İş üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Qurum 2002-ci ildə fəaliyyətə başlayan Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin nəzdində yaradılıb. Maraqlıdır, qonşu Gürcüstanda olduğu kimi, Azərbaycanda da Diasporla İş üzrə Dövlət Komitəsi Xarici İşlər Nazirliyinin tərkibinə qatıla bilərmi? İndiki halda bu dəyişiklik zəruridirmi?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, bu, Azərbaycandakı iqtisadi vəziyyətdən asılıdır: “Əgər konstitusiya dəyişikliklərindən sonra ölkədə islahatlar nəzərdə tutulubsa, postneft dövrünə qədəm qoyduğumuza görə dövlətin xərcləmələrinə diqqət yetirməyin lazım olduğu vurğulanarsa, düşünürəm mümkündür ki, Gürcüstanda olduğu kimi bizdə də Diaspor Komitəsi Xarici İşlər Nazirliyinin tərkibinə keçsin. Çünki gələn xəbərlərə görə, əslində konstitusiya dəyişikliklərindən sonra Nazirlər Kabinetinin özündə də ciddi ixtisarlar nəzərdə tutulur, o cümlədən müəyyən komitələrin ləğv olunması, digərlərin birləşdirilməsi və sairə. Belə olan halda Diaspor Komitəsinin də nazirliyin tərkibində fəaliyyət göstərməsi mümkündür.
Doğrudur, Diaspor Komitəsinin hədəfləri böyükdür. Çünki biz tək Ermənistanla savaşmırıq, həm də qarşımızda güclü erməni lobbisi var. Məhz erməni lobbisinin fəaliyyəti nəticəsində 90-cı illərdə biz informasiya blokadasına alınanda Dağlıq Qarabağ məsələsində Qərbin böyük əksəriyyəti Ermənistana dəstək verirdi. Yenicə olaraq bu blokadanı yarmağa müvəffəq olmuşuq. Yəni qarşımızda belə bir güclü lobbi var və diaspor məhz ona görə yaradıldı ki, erməni lobbisi ilə mübarizə aparaq, ikincisi isə xaricdə yaşayan azərbaycanılıları təşkilatlandıra bilsin. Doğrudur, şəxsən mənim özümün də diasporun fəaliyyətinə tənqidi münasibətim var. Amma hər halda komitə fəaliyyət göstərdiyi müddətdə müəyyən işlər də görüb. Pis-yaxşı Qərb, Avropa ölkələrində Azərbaycanın diaspor təşkilatları yaranıb, onlara müəyyən maliyyə dəstəyi verilib. Hər zaman uğurlu nəticə əldə etməsək də, hər halda diasporanın fəaliyyəti üzdə olub. Bu baxımdan bəli, əslində diaspora komitəsinin fəaliyyətinə ehtiyac var. Amma görünəni odur ki, iqtisadi vəziyyətdə problemlər yaranarsa, komitənin Xarici İşlər Nazirliyinə birləşdirilməsi aktuallaşa bilər. Burda bir problem görmürəm. Çünki onsuz da xarici ölkələrdəki səfirliklərimizdə bir və ya bir neçə diplomat məhz diaspor məsələləri ilə məşğuldur. Və onlar onsuz da öz fəaliyyətlərinə davam edəcəklər. Diaspor Komitəsi nazirliyin tərkibində fəaliyyət göstərərsə, bəlkə də, bu, diaspor işindəki fəaliyyətin bir əldə cəmləşməsinə səbəb ola bilər. Bu zaman nəticələr daha uğurlu ola bilər”.
Politoloqa görə, həm Xarici İşlər Nazirliyi, həm də diaspor qurumu əslində eyni işi görür: “Nazirliyin də işi ondan ibarət olmalıdır ki, bəli, həm Azərbaycanı dünya ölkələrində təmsil etsin, onun haqqındakı həqiqətləri dünya ölkələrinə çatdırsın, oradakı azərbaycanlıları bu işlərdə fəal olmağa sövq etsin. Bunu əslində nazirliyin nəzdində də etmək mümkündür. Yetər ki, buna həvəs, maliyyə olsun və maliyyə düzgün istiqamətdə xərclənsin. Belə olan halda mən heç bir qəbahət görmürəm ki, Diaspor Komitəsi nazirliyin nəzdində fəaliyyət göstərsin”.(Musavat.com)
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024