Gündəm (28-04-2016, 12:39)
Sarkisyan-Lavrov görüşünün pərdəarxası
Ermənistanın “168 Jam” qəzeti bir neçə gün öncə Yerevana səfər edən Rusiya xarici işlər naziri Sergey Lavrovla prezident Serj Sarksiyan arasında baş tutan görüşün pərdəarxası məqamlarından danışıb.
Mediatv.az xəbər verir ki, erməni tərəfi Azərbaycan ordusunun Rusiya istehsalı olan silahlardan onlara zərbə endirməsini həzm etməyib və ali rus diplomatına bununla bağlı etirazını bildirib.
“Axı bu niyə baş verdi? Ermənistan prezidenti Serj Sarksiyan 22 apreldə Sergey Lavrovla görüşərkən bu sualı ona vermişdi. Lakin Lavrov cavab verməmişdi, çünki adətən bu cavabı verilməyən suallardan idi. Yaxud cavab verildirdi, sadəcə olaraq ictimai gözdən uzaqda. Həmin suala əslində Rusiya Lavrovun dili ilə deyil, öz hərəkətləri ilə cavab verir.
Müharibə Rusiya üçün təkcə siyasi təkliflərin verilməsi üçün deyil, həm də iqtisadi dividendlər əldə etmək baxımından önəmlidir. Çünki döyüşdə əsasən rus güllələri və mərmilərdindən istifadə olunur. Son hadisələr Ermənistanda uzun illər boyu kor-koranə şəkildə Rusiyanın vassalı kimi həyata keçirilən siyasətin tamamilə yenilənməsinə ehtiyac olduğunu göstərdi. Və nə qədər ki, Sarkisyanın “Axı bu niyə baş verdi?” sualına cavab tapılmayıb onda Qarabağda hər gün və hər həftə Rusiya istehsalı olan artilleriya səsləri eşidiləcək”,-deyə qəzet yazıb.
Modern.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024