Gündəm (26-04-2016, 14:31)
“Hərbi müdaxilə heç də ən yaxşı cavab deyil” – Elmar Məmmədyarov
“Hərbi müdaxilənin heç də ən yaxşı cavab olmadığı ilə bağlı fikirlərə qatılıram”.
Mediatv.az-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində keçirilən “Zorakı ekstremizm əleyhinə platforma və tərəfdaşlıqlar” adlı panel müzakirəsində deyib.
O bildirib ki, bu məsələdə də müəyyən nüanslara diqqət yetirmək lazımdır: “Biz Avropa dəyərlərindən danışırıq. Lakin bu dəyərlər mühafizəkar ölkələrdə, Yaxın Şərqdə keçmir. Bu səbəbdən Sivilizasiyalar Alyansının əhəmiyyətini bu qədər qabardırıq. Artıq qəbul edirik ki, yaşadığımız dünyanın yenidən qurulması, yenidən formalaşması üçün müəyyən işlər görülür. Xüsusilə də Sovet rejiminin dağılmasından sonra müəyyən işlər görülüb. Biz bu yenilənməni hələ də davam edirik. Amma bunun çox ağrı- acılı olacağından qaça bilmərik. Yalnız BMT-nin köməyi ilə bu işi bacararıq”.
APA