Gündəm (14-04-2016, 10:48)
Edvard Nalbandyan Qarabağ danışıqlarının bəzi detallarını açıqlayıb
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün aparılan danışıqların bəzi detallarını açıqlayıb.
Mediatv.az saytının verdiyi xəbərə görə, nazir Ermənistanın İctimai televiziyasına müsahibəsi zamanı əvvəllər əldə edilmiş razılaşmaların effektiv olmadığına diqqət çəkib.
Onun sözlərinə görə tərəqqiyə nail olmamış sənədlər Vyanada ATƏT-in mərkəzi ofisində saxlanılır.
Bununla belə, o, Kazan danışıqlarında əldə edilmiş razılığı özündə əks etdirən sənədlərin hələ ki alternativ olduğuna işarə edib.
“Hələ ki saxlanmaq üçün verilməmiş sənəd Kazan sənədidir. Digər başaqa şərh vermək isə yersizdir”, - deyə Nalbandyan bildirib.
XİN başçısı bununla paralel olaraq, müxtəlif variantların gözdən keçirildiyini də deyib və Ermənistanın işğalçılıq siyasətinə belə haqq qazandırıb:
“Müxtəlif ideyalar var. Amma əsas odur ki, Qarabağ heç zaman Azərbaycanın tərkibində ola bilməz. Bu fikir bütün sənədlərdə qırmızı xətlə keçir”.