Gündəm (29-03-2016, 12:13)
Prezidentlər Vaşinqtonda görüşməyəcək
"Azərbaycan və Ermənistan prezidentlərinin bu dəfə Vaşinqtonda bir araya gətirilməsi nəzərdə tutulmur”.
Mediatv.az xəbər verir ki, bunu APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vaşinqtonda keçiriləcək Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilə biləcəyi ilə bağlı suala cavabında deyib.
Onun sözlərinə görə, bununla yanaşı, həmsədrlər bu il prezidentlər arasında intensiv dialoqun aparılmasına təkan verməyə hazırdırlar: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində irəliləyişləri müzakirə etmək üçün digər həmsədrlərin adındantərəflərlə görüşlər keçirməyi planlaşdırıram”.
Qeyd edək ki, martın 31-də Vaşinqtonda başlayacaq Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşünün gözlənildiyi barədə məlumatlar yayılıb.