Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (2-03-2016, 15:50)
“Bu qalınlıqda qanun olmaz” - Milli Məclisdə etiraz

 

Milli Məclisinn İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Lisenziyalar və icazələr haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə edilib.

 

Mediatv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, MM-in İqtisadi qanunvericilik şöbəsinin müdiri Rauf Hacıyev qanun layihəsi barədə məlumat verib. R. Hacıyev qeyd edib ki, qanun layihəsində əsas dəyişikliklərdən biri lisenziyanın verilməsi qaydalarının daha da sadələşdirilməsidir:

“Burada lisenziyanın verilməsi prosesi bütün ardıcıllıqla göstərilib. Bu isə qanun layihəsi ilə tanış olan sahibkarların lisenziyanın alınması üçün bütün prosederlara bələd olmasına imkan verir”.

Şöbə müdiri əlavə edib ki, dəyişikliklərdən biri lisenziya ilə bağlı proseslərin elektronlaşdırılması ilə bağlıdır. Belə ki, hər bir sahibkar “Elektron lisenziya” portalında öz kabinetini yarada biləcək:

“Lisenziya üçün müraciət edən sahibkara kağız formasında sənəd deyil, kod veriləcək. Sahibkar bu kodu lazım olan təqdirdə yoxlayıcı orqana təqdim edəcək. Yoxlayıcı orqan bu kod vasitəsi ilə sahibkarın hansı fəaliyyətlə məşğul olduğunu, onun aldığı lisenziya və icazələri müəyyənləşdirə biləcək. Bununla da yoxlayıcı orqan sahibkarlıq fəaliyyətinin lisenziyaya uyğun olub-olmadığını aydınlaşdıra biləcək. Sahibkar istədiyi təqdirdə kağız formatda da lisenziyanı ala biləcək.

Bundan başqa, bildirişlər də artıq elektron qaydada, mobil telefona SMS və elektron poçt, yaxud poçt vasitəsilə göndəriləcək. Qanun layihəsinə edilən ən mühüm dəyişiklik lisenziyaların sayının 37-dən 36-ya endirilməsi ilə bağlıdır”.

Millət vəkili Vahid Əhmədov lisenziya və icazələrin eyni mahiyyət daşıdığını və icazələrin sayının həddən artıq çox olduğunu bildirib: "Düzdür, icazələrin sayı xeyli azaldılıb və 200-ə endirilib. Ancaq mən bilmək istəyirəm ki, icazələrin sayı nə qədər idi ki, indi 200-ə endirilib? Şəxsən mən belə hesab edirəm ki, bu say da çoxdur və bu, gələcəkdə növbəti bürokratik əngəllərə gətirib çıxaracaq".

Millət vəkili Əli Məsimli isə qanun layihəsinin mükəmməl hazırlandığını bildirməklə yanaşı, onun yığcam sadə və anlaşıqlı olmasının da vacibliyini söyləyib: "Bu qanun layihəsi həcminə, qalınlığına görə Karl Marksın yazdığı əsərlərin cildiyini xatırladır. Bu qalınlıqda, bu həcmdə qanun olmaz. Əslində, lisenziylarla bağlı dövlət başçısı tərəfindən verilmiş fərman bu qanundan -əgər bu formada qəbul olunarsa - daha yaxşı işləyəcək".

Ə. Məsimli eyni zamanda bildirib ki, qanun layihəsində sahibkarları boğan, onların yolunda şlaqbaum olan məqamlar da var: "Xüsusilə, icazələrlə bağlı məsələ çox təhlükəli bir məsələdir. Burada çox böyük hiyləgərlilik işlədilib. Dünyanın bütün dillərində lisenziya elə icazə deməkdir. Əgər belədirsə, əlavə icazəyə nə ehtiyac var?! Bu ölkəni bu vəziyyətdən sahibkarlar, özü də istedadlı sahibkarlar çıxara bilər. Dünyanın hər yerində də belədir. Əgər biz istəyirəksə ki, ölkəmiz bu vəziyyətdən tez və uğurlu şəkildə çıxsın, o zaman sahibkarlar qarşısındakı bütün maneələr aradan qaldırılmalıdır. O cümlədən də, icazələr məsələsi yığışdırılmalıdır".

Sözügedən komitənin digər üzvü İlham Əliyev icazələr məsələsi ilə bağlı həmkarlarının fikirlərini təqdir edib. "Mən də deputat həmkarlarımın fikirlərini dəstəkləyirəm. Hesab edirəm ki, lisenziyalar varsa, icazələrə nə ehtiyac var?! Ümumiyyətlə, burada icazələrlə bir yerdə 236 liseniziya və icazə var. Bunlar mütləq azaldılmalıdır, icazələr isə ümumən aradan qaldırılmalıdır. Eyni zamanda, deputat həmkarımın dediyi kimi, ölkəni bu vəziyyətdən sahibkarlar, sahibkarlığın inkişafı qurtara bilər. Ancaq sahibkarlar burada qeyd edildiyi kimi, təkcə istedadlı deyil, həm də yaradıcı olmalıdırlar. Yaradıcı deyəndə də, söhbət heç də şairlərdən, bəstəkarlardan, rəssamlardan getmir və getməməlidir. Hər bir sahədə yaradıcılıq və işə yaradıcı münasibət olmalıdır"-deyə, İ. Əliyev qeyd edib.

Millət vəkili Tahir Mirkişili isə qanun layihəsində həm lisenziyaların, həm də icazələrin qalmasının tərəfdarı kimi çıxış edib. O, fikrini belə əsaslandırıb ki, lisenziya müddətsiz olur və fəaliyyət növünə görə verilir, icazələr isə müvəqqəti xarakter daşıyır.

Komitə üzvləri Xanhüseyn Kazımlı, Şəmsəddin Hacıyev də öz növbəsində qanun layihəsindən icazələr sözünün çıxarılmasının vacibliyini vurğulayıblar.

Sonda qanun layihəsi III oxunuş üçün MM-in plenar iclasına tövsiyə edilib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024