Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (19-02-2016, 20:22)
Əfv Komissiyasının tərkibi dəyişdi - SİYAHI


Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Mediatv.az xəbər verir ki, sərəncama əsasən komisiyyanın yeni tərkibi formalaşıb.

Komissiyanın sədri

Ramiz Mehdiyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

Komissiyanın üzvləri

Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri
Fikrət Məmmədov - Azərbaycan Respublikasının ədliyyə naziri
Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Mədət Quliyev - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Fuad Ələsgərov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
Allahşükür Paşazadə - Şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri
Əhliman Əmiraslanov - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Səhiyyə komitəsinin sədri, Azərbaycan Tibb Universitetinin kafedra müdiri
Bəxtiyar Əliyev - Azərbaycan Respublikası Milli Məclisinin deputatı,
Elm və təhsil komitəsi sədrinin müavini, Bakı Dövlət Universitetinin kafedra müdiri
Azay Quliyev - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri
Səttar Möhbalıyev - Azərbaycan Respublikası Milli Məclisinin deputatı,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri
Elmira Axundova - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, jurnalist
Məlahət İbrahimqızı - Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Aynur Sofiyeva - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini
Rəşad Məcidov - Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü
Əliməmməd Nuriyev - “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri
Mehdi Mehdiyev - Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri
Cəmilə Ramazanova - Azərbaycan Respublikasının əməkdar müəllimi

Komissiyanın katibi

Kəmalə İsmayılova - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun müdiri

Sərəncamda Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə və Azərbaycan Respublikasının Baş prokuroruna tövsiyə olunub ki, Komissiyanın iclaslarında iştirak etsinlər.

***

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası haqqında” 2001-ci il 19 iyun tarixli 508 nömrəli fərmanda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Dəyişikliyə əsasən, “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası haqqında” fərmanın 1-ci hissəsi ləğv edilib.

Həmin fərmanının birinci hissəsi Əfv Komissiyasının tərkibi ilə bağlıdır.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024