Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (12-02-2016, 20:14)
“Neft və qazdan asılılığımızı bacardığımız qədər azaltmalıyıq” – Prezident

279a914c51ba861e2ec07d6470c0489e

 

“Neft ümumi daxili məhsulumuzun yalnız 30 faizini təşkil edir. Biz eyni mənzərəni ixrac əməliyyatlarımızda görmək istəyirik. Hələ ki, buna nail ola bilməmişik”.

 

Mediatv.az- ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Neftin qiymətinin aşağı düşməsi geosiyasi məsələləri üzrə enerji təhlükəsizliyi” mövzusunda keçirilən “dəyirmi masa”da çıxışı zamanı deyib.
Azərbaycanın ixracının 90 faizini neft və qaz təşkil etdiyini deyən dövlət başçısı bildirib ki, buna görə də növbəti illər üçün əsas vəzifə ixrac potensialını şaxələndirməkdir: “Bu məqamda biz əlbəttə ki, iqtisadi islahatların davam etdirilməsi, özəl sektor üçün daha da yaxşı şəraitin yaradılması, daha çox investisiyaların cəlb edilməsi və irimiqyaslı özəlləşdirmə proqramına başlanılması zərurətinə gəlirik. Bütün bu elementlər dövlət siyasətimiz kimi artıq bəyan olunub və mən əminəm ki, biz uğur qazanacağıq”.
Siyasi risklərə gəlincə Azərbaycan prezidenti qeyd edib ki, bu, ölkələrdən asılı olan məsələdir. “Hər bir ölkənin özünəməxsus siyasi vəziyyəti və çətinlikləri var. Əlbəttə ki, iqtisadi vəziyyət və insanların gündəlik həyatı siyasi sabitlik və inkişafa təsir edir. Lakin hesab edirəm ki, neftin qiymətinin mütəmadi olaraq dəyişkən xarakter daşımasının dərk edilməsi ən vacib məqamdır. Biz neftin qiymətinin yüksək olduğu dövrdə yaşamışıq, indi isə neftin qiymətinin aşağı olduğu bir dövrdə yaşayırıq. Bizim üçün ən əhəmiyyətlisi isə neftin qiyməti yenidən yuxarı qalxdıqda bu islahatları davam etdirmək və bacardığımız qədər neft və qazdan asılılığımızı azaltmaqdır”, – deyə o vurğulayıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024