Mediatv.az xəbər verir ki, o, jurnalsitlərə açıqlamasında bildirib ki, bu böhran Azərbaycana təsir etməyə bilməzdi: "Biz bu vəziyyətdən də çıxacağıq.
Təlaşa düşmək lazım deyil. Dünyada tez-tez müxtəlif təbii fəlakətlər müşahidə edirik.
Məsələn, ABŞ-da, Böyük Britaniyada, Rusiyada hər il subasmalar, təbii fəlakət olur, minlərlə ev su altında qalır.
Ancaq həmin fəlakətlər zamanı biz əhalidə xüsusi təlaşı müşahidə etmirik. Bu gün mediamızın günün reallıqlarını əhaliyə çatdırması baxımından üzərinə böyük vəzifə düşür. Mediamız da insanlara günün reallıqları çatdırmalı, əhalini maarifləndirməlidir.
Azərbaycan bu vəziyyətdən çıxmağa qadirdir, təlaşa düşməyə əsas yoxdur”.