Mediatv.az xəbər verir ki,Deputat bunu modern.az saytına açıqlamasında deyib. O bunu təkcə adı çəkilən qəsəbədə yaşayanların sayının 80 mini ötməsi ilə əlaqələndirib.
Deputat qeyd edib ki, bunun üçün infrstruktur mütləq olmalıdır: “Bildiyiniz kimi, bu cür məsələlər dövlət siyasətidir. Həmçinin, rayon, şəhər statusu almaq üçün orda müəyyən infrastruktur olmalıdır. Bunlar fərqləndirici şeylərdir. Rayonun ərazisi böyük və əhatəli olmalıdır. Əhalinin, məktəblərin, xəstəxanaların sayı çox olmalıdır. Sözsüz ki, Maştağa çox böyük qəsəbədir. Azərbaycanda elə rayon var ki, əhalisinin sayı 40 min, 50 mindir, amma, rayon statusu alıb. Çünki ərazi böyük olmaqla yanaşı, infrastrukturun olması da vacibdir”.