Gündəm (21-05-2014, 12:48)
Prezident Şanxay Zirvə Toplantısında çıxış etdi
Şanxayda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin IV Zirvə Toplantısı keçirilib.
Mediatv.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev zirvə toplantısında iştirak edib.
Məlumata görə, zirvə toplantısı dövlət və hökumət başçılarının Şanxay Ekspo Mərkəzində qarşılanma mərasimi ilə başlayıb.
Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin Azərbaycan prezidenti İlham Əliyevi, həmçinin digər dövlət və hökumət başçılarını qarşılayıb. Dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.
Sonra Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin IV Zirvə Toplantısının birinci iclası keçirilib.
ÇXR sədri Si Cinpin dünyada təhlükəsizliyin təmin olunmasının önəminə diqqət çəkərək bunun dialoq və çoxtərəfli əməkdaşlıq sayəsində mümkün olduğunu vurğulayıb. O bildirib ki, regional və beynəlxalq səviyyədə əməkdaşlıq iştirakçı ölkələrin yürütdüyü siyasətin əsas tərkib hissəsi olmalıdır.
Si Cinpin müşavirənin bundan əvvəl Türkiyənin sədrliyi ilə uğurlu yol keçdiyini, bir çox vacib qərarların qəbul edildiyini bildirib, Qətərin və Banqladeşin müşavirəyə bərabərhüquqlu üzv qəbul olunduğunu diqqətə çatdırım. O, zirvə toplantısının əsas müzakirə mövzularının regionda və dünyada beynəlxalq təhlükəsizlik məsələlərinə həsr edildiyini vurğulayıb.
Bundan əvvəl quruma sədrlik edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isə bildirib ki, bu müşavirə 4 milyard insanın yaşadığı regionda təhlükəsizlik məsələlərinin həll olunmasına böyük dəstək verir. Müşavirənin təhlükəsizlik baxımından yeni konsepsiyanın qəbul olunmasına geniş imkanlar açdığını deyən Ə.Davudoğlu qurumun digər beynəlxalq təşkilatlarla əlaqələrinə də toxunub. Türkiyə xarici siyasət idarəsinin rəhbəri 2016-cı ilə qədər müşavirəyə sədrliyi Çinin həyata keçirəcəyini diqqətə çatdırıb.
Azərbaycan prezidenti İlham Əliyev də iclasda çıxış edib.
“Sülh, sabitlik və əməkdaşlıq yönümlü yeni Asiyanın qurulması üçün dialoqun, qarşılıqlı etibarın və birgə fəaliyyətin möhkəmləndirilməsi” mövzusunda keçirilən tədbirdə 10-dan çox ölkənin dövlət başçısı, yüksək vəzifəli dövlət və hökumət nümayəndələri, beynəlxalq və regional təşkilatların rəhbərləri iştirak ediblər.
Qeyd edək ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə müşavirənin yaradılmasına dair təşəbbüsü Qazaxıstan prezidenti Nursultan Nazarbayev irəli sürüb. Birinci və ikinci Zirvə toplantıları 2002-ci və 2006-cı illərdə Almatıda, üçüncü iclas isə 2010-cu ildə İstanbulda keçirilib. Hazırda təşkilatın Azərbaycan da daxil olmaqla, 24 üzvü var.
Şanxay Zirvə Toplantısında bəyannamə qəbul edilib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024