Dünya (27-12-2014, 15:47)
Bakını erməni hiyləsindən müdafiə edən deputat dava saldı
Gürcüstan parlamentində Avropa Şurasındakı kvotaların bölüşdürülməsi zamanı dava yaranıb
Mediatv.AZ Axar.az-a istinadən xəbər verir ki, insidentin əsas iştirakçısı Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasının üzvü Akakiya Boboxidze olub.
Deputat parlamentdə əsas çoxluğa sahib olan “Gürcü arzusu” partiyasını Rusiyanın maraqlarına xidmət etməkdə günahlandırıb:
“Hakim koalisiyanın Qərbdə çox pis reputasiyası var. Siz bir az qaçmalı olacaqsınız və o zaman Rusiyaya qaça bilməyəcəksiniz”.
Bundan sonra Boboxidzenin susmasının tələb edilməsinə baxmayaraq, o sakitləşməyib. Digər deputatlar da mübahisəyə qoşulublar. Yaranan qarışıqlıq təhlükəsizlik işçilərinin işə müdaxiləsindən sonra qaydasına düşüb.
Boboxidzenin bu hərəkəti ilə bağlı Gürcüstan parlamentinin keçmiş üzvü Ramin Bayramov da münasibət bildirib:
“Xatırlatmaq istəyirəm ki, 2012-ci il aprelin 24-də Gürcüstan parlamentində Gondi Bakaturiya qondarma “Erməni soyqırımı” haqqında bəyanat verəndə mən və Azər Suleymanov öz etirazmızı bildirmişdik. Biz etirazımızı bildirən zaman Gondi Bakaturiya ilə bizi müdafiə edən Akaki Boboxidzenin arasında fiziki və mənəvi konflikt yaşandı. O, bizə dəstək verərək öz etirazını bildirdi. “Gürcü arzusu” o zaman da onun addımını qeyri-etik adlandırmışdı”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024