Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (19-04-2022, 13:35)
Türkiyəyə qarşı yeni PKK planı: Baş tutmadı - ŞƏRH

 Türkiyə İraqın şimalında yeni antiterror əməliyyatına başlayıb.

Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. O, Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı Metina, Zap və Avaşin-Basyan bölgələrində terrorçu hədəflərə qarşı qurudan və havadan “Pençe Kilit" əməliyyatına başladığını açıqlayıb. Nazir əməliyyat çərçivəsində terrorçulara aid hədəflərin şiddətli atəşə tutulduğunu bildirib:

“Əməliyyatımız planlaşdırıldığı kimi uğurla davam edir. Birinci mərhələdə qarşıya qoyulan hədəflərə nail olunub”.

Görünür, PKK mövcud şəraitdən istifadə edərək yenidən fəallaşmaq istəyir və bunda maraqlı olan qüvvələr var. Lakin Türkiyə terrorçulara qarşı vaxt itirmədən hərəkətə keçib.Mediatv.az-ın məlumatına görə, siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev Cebhe.info-ya bildirib ki, Türkiyəyə Suriya və İraq tərəfdən hər zaman təhlükə olub və yenə də var:

“Bu əməliyyatın başlamasına səbəb son günlərdə Türkiyənin təhlükəsizlik orqanlarına çoxsaylı məlumatların daxil olmasıdır. Xüsusən də, PKK Ankara və İstanbul kimi böyük şəhərlərdə yenidən fəallaşmaq istəyir. Ümumiyyətlə, PKK zaman-zaman silahlanaraq yenidən fəaliyyətə keçir. Təbii ki, onların birdən-birə fəallaşması üçün Qərbdən sifariş gəlib. Ola bilər ki, birbaşa ABŞ yox, digər Qərb dövlətləri bu sifarişi verib. Çünki Türkiyə birmənalı şəkildə Rusiyaya qarşı sanksiyalara qoşulmur. Rəsmi Ankara burada Azərbaycanın da maraqlarını nəzərə alır. Bununla yanaşı, Türkiyənin öz iqtisadi maraqları da var.

Əgər Serbiya Avropanın mərkəzində olmasına baxmayaraq, Rusiyaya qarşı sanksiyalara qoşulmursa, Türkiyə nə üçün qoşulmalıdır? Yəni bu məsələlərə görə Türkiyəyə həm siyasi, həm də hərbi təzyiq göstərməyə çalışırlar. Buna görə də qardaş ölkə bu əməliyyata başlamaq məcburiyyətində qaldı”.

Politoloq qeyd edib ki, Türkiyə terrorizmə qarşı mübarizədə çox peşəkardır:

“Həmçinin, ölkənin müdafiə sənayesi kifayət qədər yüksəkdir. Bununla yanaşı, Türkiyə müasir silahlara əl çatmaq səviyyəsinə görə dünyanın ilk 5-liyində yer alır. Ümumiyyətlə, bu əməliyyata başlamaq Türkiyənin daxili işidir. Necə olur ki, Rusiya təhlükəsizlik adı altılnda bütün Ukraynanı işğal edir, ABŞ arasında 10 min kilometr məsafə olan İraqda, Fransa isə Liviyada əməliyyat keçirə bilir, amma Türkiyə edə bilmir? Bu dövlətlərin hamısının özünün təhlükəsizlik maraqları var, lakin Türkiyə onlardan fərqli olaraq, öz sərhədində olan dövlətlərdən gələcək təhlükənin qarşısını almaq üçün əməliyyat həyata keçirir. Hesab edirəm ki, bu əməliyyat da çox uğurla başa çatacaq”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025