Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (18-04-2022, 14:55)
Mer: “Sumıda aviasiya zərbələrindən sonra vəziyyət daha faciəvi idi”

 Sumı şəhərində aviasiya zərbələrindən sonra sadəcə bir-iki ev deyil, hər birində 10-12 evin yerləşdiyi küçələr, infrastruktur obyektləri dağıntılara məruz qalıb, səkkiz küçəyə xeyli zərər dəyib.
Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukraynanın Sumı şəhərinin meri Aleksandr Lısenko bildirib.
“Sumı şəhərinə fevralın 24-dən daxil olmuşdular. Həmin vaxt onlar 1000-dən çox maşının daxil olduğu karvanla Kiyev istiqamətində hərəkət edirdilər. Çünki hücumdan sonra şəhərin müdafiəsinin fəal şəkildə gücləndirilməsinə başlanıldı. Bu işdə təkcə şəhərimizə göndərilmiş hərbi qüvvələr deyil, həm də şəhəri tərk etməmiş şəxslərdən formalaşdırılmış könüllü dəstələr iştirak edirdilər”, - mer bildirib.
O qeyd edib ki, müdafiə təşkil edildikdən sonra şəhər qalaya çevrilmiş oldu:
“Martın 24-25-i baş tutmuş döyüşlərdən sonra işğalçılar şəhərdən çıxarılmışdılar. Onlar dörd istiqamətdə şəhərə gələn yollar üzərində yerləşmişdilər. Prinsipcə, atəşə tutulmayan yeganə yol da təhlükəsiz deyildi. Deyə bilərəm ki, işğalçılara qarşı qurulmuş qurğular indiyədək qalmaqdadır. Lakin artıq üzərində işlər aparıldıqdan sonra onlar daha da möhkəmləndirilib. Düşmənin ayyarım ərzində şəhərə daxil olmaq cəhdləri uğurla nəticələnmədi. Bundan sonra şəhər artilleriya atəşinə tutuldu. Mərmilərin çoxu şəhərin kənarlarına düşsə də, bəzən mərkəzə də düşürdü. Təbii ki, aviasiya zərbələrindən sonra vəziyyət daha faciəvi idi. Hücumun ilk günlərində aviasiya zərbələrinə qarşı müqavimət göstərmək çətin idi. Şəhəri müdafiə edən qüvvələrin bunun üçün imkanları yox idi. Buna görə də ən faciəvi hadisələr yaylım atəşi, raket və aviasiya zərbələrindən sonra yaşanırdı. Ölənlər əsasən dinc sakinlər və ilk günlərdən şəhərin müdafiəsinə qalxan şəxslərdir”.
Lısenko qeyd edib ki, lap əvvəldən məlumat siyasətinin əsasında düşmənin ondan istifadə etməməsi dururdu:
“Bizim problemlərimizin olduğunu və onlardan çıxış yollarını deyirdik, amma konkretləşdirmək istəmirdik. Məqsədimiz düşmənin şəhərə daxil olmasına imkan verməmək və normal həyat şəraitini təmin etmək idi. Məsələn, ilk zərbələr elektrik enerjisi infrastrukturuna vurulmuşdu. Su təminatı da dayanmışdı. Məktəblərdə dərslər dayandırıldığından uşaqlar evdə idilər. Maksimum təxliyə işləri görməyə çalışırdıq, amma insanları xəbərdar etmişdik ki, biz artıq düşmənin arxasında qalmışıq.
Onların şəhərə daxil olacağı təqdirdə vəziyyətin necə olacağını demək çətin idi. Biz düşmən atəşlərini gözləyirdik, lakin maksimum şəkildə çalışırdıq ki, infrastrukturu və ilk növbədə, insanları qoruyaq. Hava həyəcanı ilə insanlar xəbərdar edilirdilər. Lakin əsas məsələ sakitliyi təmin etmək idi. Qadınlar, uşaqlar və qocaların olduğu ailələr şəhərdən çıxarılmalı idi. Bu məqsədlə yeddi humanitar dəhliz yaradılmışdı. 50 minədək insan bu imkandan istifadə etmişdi. Şəhər müdafiəçiləri bundan sonra şəhəri daha rahat müdafiə edə bilərdilər”, - deyə o əlavə edib.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025