Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (13-12-2014, 17:43)
Türkiyə-İran sərhədində 13 km-lik tıxac

Türkiyə-İran sərhədinin “Gürbulaq” keçid məntəqəsində yaranmış uzun növbə hələ də davam edir.

 

Axar.az xəbər verir ki, İran hökuməti Türkiyə TIR-larına dekabrın 1-dən tətbiq etdiyi yanacaq satılması qadağasını müvəqqəti dayandırsa da, yaranmış uzun növbə problemi dəyişməz qalıb.
 
İran tərəfindən qadağanın 10 gündən artıq müddətdə dayandırılmasına rəğmən, “Gürbulaq” keçid məntəqəsində 20 km-dən artıq yaranmış uzun növbə ancaq 13 km-dək endirilə bilib.
 
Sərhəddə gözləmək məcburiyyətində qalan sürücülər məsələ ilə bağlı Türkiyə rəsmilərindən yardım istəyiblər.
 
Dekabrın 9-da Türkiyənin Nəqliyyat və Dənizçilik naziri Lütfi Elvan mediaya açıqlamasında yaranmış növbələrin 3 gün ərzində bitəcəyini bildirmişdi.
 
Qeyd edək ki, İranın dekabrın 1-dən ölkə ərazisinə daxil olan Türkiyə TIR-larına qarşı tətbiq etdiyi qaydalar Türkiyə-İran sərhədində uzun növbələrə səbəb olub. Lakin bu qadağa dekabrın 9-da müvəqqəti dayandırılıb.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025