Dünya (13-12-2014, 13:05)
Metyu Brayzanın xanımı bəzi ailə sirlərini açdı
Zeyno Baran: «Qızıma daha yaxşı ana olmaq üçün bu seçimi etdim»
Zeyno Baran şəxsiyyəti Azərbaycanda həmişə diqqət çəkib. Minsk Qrupunun həmsədri Metyu Brayza ilə ailə quranda, sonra da səfir xanımı kimi Bakıya qədəm qoyanda, Azərbaycan mətbuatında dərc olunan yazı və müsahibələr ilk növbədə Azərbaycan ictimaiyyətinin Türkiyə əsilli bu Amerika siyasətşünasına olan marağının nişanəsi idi. Azərbaycanı tərk edəndən sonra Zeyno xanımın karyerasında gözlənilməz dönüş baş verib. O, İstanbulda «Sağlamlıq mərkəzi» yaradaraq alternativ təbabətlə məşğul olmaq qərarını verib.
Bu haqda «Amerikanın səsi»nin bloqqeri Dilşad Əliyarlı özünün «Qadın guşəsi» bloqunda yazır. Geosiyasətdən təbabət sahəsinə gözlənilməz keçidini izah edən Zeyno Baran etiraf edir ki, əvvəlki işini çox sevirdi, lakin özünü insanların daha xoşbəxt, daha sağlam yaşaması işinə həsr etməyə qərar verib:
- Əvvəlcə ailəmdə və dostlarımdakı dəyişiklikləri gördüm, sonra buna bir peşə kimi yiyələnmək istədim. İndi həm ailələrlə işləyirəm, həm də təlim verməklə məşğulam və daha xoşbəxtəm.
Zeyno xanım izah edir ki, onun metodlarının əsasında karmik sağlamlığın müalicəsi durur. Deyir ki, insanların keçmişdən gətirdikləri karma, əvvəllər baş verən xoşagəlməz hadisələr və sıxıntılar emosional ağırlıq kimi onları incidə və xəstəliyə çevrilə bilər. Onun mərkəzində kvantum və şamanlardan qalan metodlarla insanlara belə emosional yükdən azad olmağa kömək edirlər.
Zeyno Baran öz seçiminin daha bir səbəbi kimi öz qızına daha yaxşı ana olmaq istəyini göstərir və deyir ki, yeni ana olanlara uşağı sevgi içində böyütmək məsələləri ilə bağlı təlimlər keçirlər.
Bloqda Metyu Brayzanın həyat yoldaşının seçiminə münasibətindən də söz açılır. Xanım Baran deyir ki, ilk vaxtlar Metyu Brayza onun həvəsinin müvəqqəti olduğunu düşünüb, lakin sonradan xanımının bu məşğuliyyətdən zövq aldığını, işə böyük əhəmiyyət verdiyini görəndə ona tam dəstək göstərib.
Xatırladaq ki, Metyu Brayza ABŞ-ın Azərbaycanda səfiri postunu tərk edəndən sonra SOCAR-ın şirkətlər şəbəkəsinə daxil olan TURCAS PETROL-un direktorlar şurasının üzvü və bir sıra başqa özəl firmalarda müşavir oldu.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024