Dünya (11-12-2014, 16:16)
Bərzanidən Maliki hökumətinə qarşı sərt ittihamlar
“Maliki ordusu 2 saatın içində qar kimi əridi”
İraq Kürd Administrasiyasının rəhbəri Məsud Bərzani İŞİD-in administrasiya torpaqlarına hücumunun səbəblərini açıqlayıb.
Avropa.info-nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərdə məsələ ilə bağlı Bərzaninin bunları söylədiyi bildirilir: “İŞİD ilə əl-Qaidə eynidir. Bir il bundan əvvəl onlar Mosulun cənub-qərbinə gələrək bir baza yaratmaq istədilər. O dövrdə ABŞ-ın İraqdakı səfiri diktor Rojun və Ammar Həkimin vasitəçiliyi ilə Məlikini xəbərdar etdim. Daha sonra isə Malikiyə zəng edib İŞİD-in çox təhlükəli planı olduğunu söylədim. Gec olmadan onlara qarşı birgə əməliyyat həyata keçirməyi təklif etdim”.
Bərzaninin sözlərinə görə Maliki onun xəbərdarlığını dinləməyib ona “Siz öz ərazilərinizə sahiblik edin, buralar bizim nəzarətimiz altındadır” deyərək qarşılıq verib.
Bərzaninin sözlərinə görə İŞİD-in o zaman Mosulu ələ keçirmək planı yox idi. Onlar sadəcə olaraq Badoş həbsxanasında saxlanılan üzvlərini xilas etmək üçün gəlmişdilər.
Bərzani sözlərinə belə davam edib: “Malikinin bütün dünyanı ələ keçirmək gücündə olduqlarını zənn etdiyi iki generalı Əli Xədan və Əbud Qəmbər həmin vaxt Mosulda idilər. Amma olduqları hərbi hissənin yaxınlığına 2-3 ədəd 120 mm-lik minaatan mərmisi düşən kimi avtomobillərinə minərək şəhəri tərk etdilər. Əsgərlər də generalların arxasınca qaçdılar. Şəhər əhalisi də Malikinin əlindən cana yığılmışdı. ABŞ və NATO-nun 10 il boyunca təlim keçdiyi Maliki ordusu 2 saatın içində qar kimi əridi”.
Bərzani bildirir ki, İraq ordusunun qaçdığını görüncə başqa çıxış yolumuz qalmadı və biz də birləşərək torpaqlarımızı qorumaq qərarına gəldik.
O İŞİD-in kürd bölgəsinə hücumunun səbəbini isə daha maraqlı açıqlama ilə izah edib. Onun sözlərinə görə İŞİD-in kürd bölgəsinə hücumunun iki səbəbi var. Bunlardan birincisi İŞİD-in kürd bölgəsindən aldığı böyük bir qüvvədir ki, həmin şəxsin də kimliyinin müəyyən ediləcək.
İkincisi isə odur ki, onlar kürdlərin dağlara çəkilərək bölgəni boşaldacağını düşünürdülər. Amma ABŞ və Avropanın köməyi ilə İŞİD-ə qarşı çıxdıqlarını bildirən Bərzani bundan sonra da mübarizəyə davam edəcəklərini söyləyib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024